Yasamal hərbi memorial kompleksi — Böyük Vətən müharibəsi zamanı həyatını itirmiş sovet hərbçilərinin dəfn olunduğu məzarlıq.
Yasamal hərbi memorial kompleksi | |
---|---|
![]() Memorial kompleksinin girişi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Rayon | Yasamal rayonu |
Tikilmə tarixi | 1940-cı illər |
1940-cı illərdə Yasamal qəbiristanlığının daxilində salınmış memorial kompleksdə SSRİ-nin bütün respublikalarından 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı yaralanmış, Bakı şəhərindəki hərbi xəstəxanalarda vəfat etmiş sovet hərbçiləri dəfn olunublar.[1]
Burada, Sovet İttifaqı Qəhrəmanları — Georgi Vetoşnikov və Roman İvanov da daxil olmaqla, ümumilikdə 525 sovet hərbçisi dəfn olunub.[2]