Həcər Teymur qızı Babayeva (17 aprel 1948, Bakı) — azərbaycanlı musiqişünas, professor, Əməkdar incəsənət xadimi.[1]
Həcər Babayeva | |
---|---|
Həcər Teymur qızı Babayeva | |
Doğum tarixi | 17 aprel 1948(1948-04-17) (77 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | musiqişünaslıq |
Elmi dərəcəsi | Professor |
İş yeri | Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası |
Təhsili | Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Ü.Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbi |
Üzvlüyü | Azərbaycan Bəstəkarlar İttifaqı\nMÜZED Musiqi Təhsili Elmi Şurası |
Mükafatları |
![]() |
Həcər Babayeva 17 aprel 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1957–1969-cu illərdə Üzeyir Hacıbəyov adına Konservatoriyanın nəzdindəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1969–1973-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Tarixi–nəzəriyyə" fakültəsində fərqlənmə diplomu ilə təhsilini başa vurub.
Pedaqoji fəaliyyətinə 1973–1978-ci illərdə "Bakı məktəbəqədər" Pedaqoji məktəbində müəllim kimi başlamış, 1978–1993-cü illərdə A. Zeynallı adına Musiqi Texnikumunda, 1993–1997-ci illərdə isə Türkiyənin Bilkənd Universitetində çalışmışdır. 1970–2009-cu illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi kollecində müəllim, Bakı Musiqi Akademiyasında əvəzçi müəllim kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi Nəzəriyyəsi kafedrasında baş müəllim, 2009-cu ildən dosent, 2011-ci ildən isə professor vəzifəsində çalışıb. O, 1995-ci ildə Ankara Bilkənd Universitetində ustad dərslər keçmişdir.[2]
2008-ci ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. İpək Yolu Musiqi Konfransı (Bolu/Türkiyə, Abant İzzət Baysal Universiteti, 2016) Musiqi Təhsili Elmi Şurasının üzvü və oturum başqanı olub. Azərbaycan Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədridir. Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I Respublika müsabiqəsinin Təşkilat Komitəsinin üzvü olub. Təhsil Nazirliyinin akkreditasya komissiyalarında sədr kimi fəaliyyət göstərib.
Vasif Adıgözəlov – Bakı: "Ergün" nəşriyyatı, 1995.
Sənsiz Səninlə – Bakı: "Adiloğlu" nəşriyyatı, 2006.
Ağabacı Rzayeva – Bakı: "Aspoliqraf", 2013.
Firəngiz Əlizadə – Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2014.
Firəngiz Əlizadə. Dünya şöhrətli bəstəkarımız – Bakı: "Vətənoğlu" nəşriyyatı, 2018.
Elementar musiqi nəzəriyyəsi – dərslik – Bakı: "Çıraq" nəşriyyatı, 2013.
Harmoniya I hissə – metodik vəsait – Bakı, 2010.
Harmoniya II hissə – metodik vəsait – Bakı, 2010.
Harmoniya fənninin tədrisinə dair – metodik vəsait – Bakı, 2014.