Stenford (ing. Stanford) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, San-Fransisko körfəzi yaxınlığında yerləşən tanınmış şəhər və eyni adlı nüfuzlu ali təhsil müəssisəsinin yerləşdiyi ərazi. Əsasən Stenford Universiteti ilə tanınan bu ərazi, elmi, texnoloji və mədəni fəaliyyətləri ilə beynəlxalq nüfuza malikdir.[5]
Stenford | |
---|---|
Stanford[1] | |
![]() | |
37°25′26″ şm. e. 122°09′57″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 29 m, 29 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 650 |
Poçt indeksi | 94305, 94309 |
Xəritəni göstər/gizlə
| |
![]() |
Stenford şəhərciyi Kaliforniya ştatının San-Mateo və Santa-Klara dairələrinin sərhədində, Palo-Alto şəhərinin yaxınlığında yerləşir.[6] Rəsmi olaraq şəhər statusu daşımır, lakin Stenford Universitetinin kampusuna ev sahibliyi etdiyi üçün tez-tez müstəqil yaşayış məntəqəsi kimi qəbul olunur.[7]
Stenfordun tarixi XIX əsrin sonlarına təsadüf edir. Şəhər 1885-ci ildə tanınmış amerikalı sənayeçi və siyasi xadim Leylend Stenford (ing. Leland Stanford) və həyat yoldaşı Ceyn Stenford (ing. Jane Stanford) tərəfindən təsis edilmişdir. Onların 15 yaşında vəfat edən yeganə övladları Leland Stenfordun xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan bu məkan, ilk gündən ali təhsil və ictimai xidmət ideyalarına əsaslanmışdır.[8] 1885-ci il noyabrın 11-də Stenford Universitetinin nizamnaməsi rəsmən təsdiqlənmiş və bu ərazidə universitetin təməli qoyulmuşdur. Rəsmi açılış isə 1 oktyabr 1891-ci ildə baş tutmuşdur. Universitetin ilk rektoru Devid Star Cordan olmuş və 559 tələbə ilə fəaliyyətə başlamışdır.[9]
Stenford Universitetinin qurulması həm də o dövrdə Qərbi Amerikada yüksək keyfiyyətli təhsilin möhkəmlənməsi baxımından mühüm addım sayılırdı. O dövrdə təhsil mərkəzləri əsasən şərq sahilində yerləşirdi. Buna görə də Stenford universiteti və şəhərciyi Amerikanın qərbində akademik və mədəni dirçəlişin simvoluna çevrildi.[10]
XX əsrin ortalarında Stenford Universiteti və ətraf ərazi Silikon Vadisinin formalaşmasına və texnologiya sahəsində böyük şirkətlərin yaranmasına təkan verdi. Universitetin tədqiqat proqramları və sənaye ilə əməkdaşlığı nəticəsində Hewlett-Packard, Google, Yahoo!, Sun Microsystems kimi nəhəng texnologiya şirkətləri məhz bu ərazidə formalaşdı.[11]
İkinci Dünya müharibəsi dövründə və ondan sonra Stenford kampusu elmi-texniki tərəqqinin mühüm mərkəzlərindən biri kimi inkişaf etdi. Bu dövrdə Stenford Xətti Sürətləndirici Mərkəzi (SLAC) və Huver İnstitutu kimi qurumlar yaradıldı. Bu tədqiqat mərkəzləri soyuq müharibə dövründə ABŞ-ın strateji üstünlüklərinin formalaşmasında rol oynadı.[12]
Stenfordun əhalisi əsasən universitetlə əlaqəli tələbələr, professorlar və tədqiqatçılardan ibarətdir. Bölgədə müasir infrastruktur, o cümlədən yaşayış binaları, kitabxanalar, araşdırma mərkəzləri, muzeylər və idman kompleksləri mövcuddur.[13]
Ərazi Stenford Memorial Kilsəsi, Kantor İncəsənət Mərkəzi, Qrin Kitabxanası və digər mədəni obyektləri ilə tanınır. Təhsil fəlsəfəsi, incəsənətə əsaslanan tədqiqat və yaradıcılıq sahəsində bir çox görkəmli alim və pedaqoqlar məhz burada fəaliyyət göstərmişdir. Bunlardan biri də Elliot Eisner olmuşdur.[14]
Stenford, Palo-Alto dəmir yolu stansiyası vasitəsilə San-Fransisko və San-Xose kimi böyük şəhərlərlə birləşir. Eyni zamanda ərazi San-Fransisko Beynəlxalq Hava Limanı və San Xose Beynəlxalq Hava Limanına yaxın məsafədə yerləşir.[15][16]