. Love.az

Cemenli Belediyyesi - Wikipedia - Love.az

Ana Səhifə - Cemenli Belediyyesi

Çəmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Çəmənli bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
İnzibati mərkəz Çəmənli
Bələdiyyə sədri Qliyev Mobil Məhəmməd oğlu [1]
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Sahəsi 3.473 km²
Əhalisi
Əhalisi 6.058 nəfər (2024)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60922007
ələdiyyə ödənişləri üçün vergi kodu 3202
VÖEN 3200044891
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
[email protected]

Mündəricat

  • 1 Tarixi
  • 2 Mərkəzi və ərazisi
  • 3 Bələdiyyə ilə bağlı digər məlumatlar
  • 4 İstinadlar

Tarixi

redaktə

07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun[2] ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinnə əsasən yaradılan ilk 8 bələdiyyədən biri də Ağdam rayonunun Çəmənli bələdiyyəsi olub. O zaman tərkibinə aşağıdakı inzibati ərazi vahidləri aid edilib: Ağram rayonunun Çəmənli, Sarıcalı və Şükürağalı kəndləri.

20.02.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin ilk Nizmanaməsi qəbul edilib və həmin Nimzanamə 21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda [3] təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[4] təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[5] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[6] və Bərdə Regional Ədliyyə İdarəsi[7] həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla[9] Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: "Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi" təşkil edilib. Bununla da Ağdam rayonunun Çəmənli bələdiyyəsinin tərtibində bir tək Çəmənli kəndi qalıb.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[10] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[11] və Qarabağ Regional Ədliyyə İdarəsi[7] vasitəsilə həyata keçirir.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla[12][13][14][15] aşağıdakı dəyişikliklər edilib: "7.2. Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi;" yenidən təşkil edilib.

21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş Qərarı[3] ilə bu Bələdiyyənin yeni Nizamnaməsi qəbul olunub.

Mərkəzi və ərazisi

redaktə

Nizamnaməsinin[3] 1.5-ci bəndinə əsasən Ağdam rayonunun Çəmənli bələdiyyəsinin mərkəzi Ağdamın Çəmənli kəndidir.

Bələdiyyə ofisi kənd nümayəndəliyinin binasında yerləşir[16].

Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir:

Bələdiyyənin tam adı[17] İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu [18] İnzibati ərazi vahidinin adı İƏV statistik kodu[18]
Ağdam rayonunun Çəmənli bələdiyyəsi[3] Çəmənli kənd iəd 60922005 Çəmənli kəndi 60922018
Sarıcalı kəndi 60922038
Şükürağalı kəndi 60922028

2025-ci ilə olan məlumata görə bələdiyyənin ərazisi 34,73 m², əhalisinin sayı 6058 nəfər, təsərrüfat sayı isə 1533-dür.

Bələdiyyə ilə bağlı digər məlumatlar

redaktə

2024-cü il üçün bu Bələdiyyə öz gəlirlərinə görə Ağdamın ən zəngin bələdiyyəsi olub.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[10] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[11] və Qarabağ Regional Ədliyyə İdarəsi[19] vasitəsilə həyata keçirir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna[20] uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[21].

2024-cü il kənd nümayəndəliyi tərəfindən siyahıyaalma nəticələrinə görə Bələdiyyə ərazisində 1533 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6058 nəfər yaşayır.

Bələdiyyənin elektron xəritəsinə əsasən onun ümumu sahəsi 34.73 kv kilometrdir.

İstinadlar

redaktə
  1. ↑ Məsul şəxs
  2. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-07.
  3. ↑ 1 2 3 4 Hüquqi Aktların Dövlət Reyestri. "Ağdam rayonunun Çəmənli bələdiyyəsinin Nizamnaməsi". e-qanun.az (az.). İstifadə tarixi: 2025-05-29.
  4. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  5. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  6. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  7. ↑ 1 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  8. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-17.
  9. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında Qanun". e-qanun.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  10. ↑ 1 2 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  11. ↑ 1 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  12. ↑ Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanun". president.az (az.). İstifadə tarixi: 2024-11-27.
  13. ↑ Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun". president.az (az.). İstifadə tarixi: 2024-11-27.
  14. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  15. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanun, № 50-VIIQ". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-27.
  16. ↑ Xındırıstan, Bələdiyyəsi. ""Bələdiyyələrlə iş" elektron informasiya sistemi".
  17. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-29.
  18. ↑ 1 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi,, Kollegiyasının 16.02.2024-cü il tarixli 2/2 nömrəli Qərarı. "Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024" (PDF). www.stat.gov.az. 16.02.2024.
  19. ↑ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  20. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyə qulluğu haqqında Qanun". e-qanun.az (az.). 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  21. ↑ Bələdiyyələrlə iş portalı, Ağdam bələdiyyələri. https://belediyye.gov.az/70 (#bare_url_missing_title).[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çəmənli_bələdiyyəsi&oldid=8249301"
LOVE.AZ