Üçoğlan bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Bələdiyyə | |
Üçoğlan bələdiyyəsi | |
---|---|
Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan bələdiyyəsi | |
Ölkə | |
Daxildir | Ağdam rayonu |
İnzibati mərkəz | Üçoğlan |
Bələdiyyə sədri (sonuncu) | Məmmədov Mirsiyab Məhiş oğlu |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1999 |
Ləğv edilib | 2024 |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Statistik kodu | 60919007 |
Bələdiyyə ödənişləri üçün vergi kodu | 3213 |
VÖEN | 3200011321 |
Telefon kodu | +994 26 |
Avtomobil nömrəsi | 02 |
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2000-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi |
07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun[1] ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədən bir də Ağdam rayonunun Üçoğlan bələdiyyəsi olumuşdur.
14.12.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Üçoğlan bələdiyyəsinin ilk Nizamnaməsi qəbul edilmiş, 20.10.2016-ci il tarixli 10 nömrəli Protokolunda[2] təsbit edilmiş 3-cü Qərarı ilə isə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[3] təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq bu Bələdiyyə Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[5] və Bərdə Regional Ədliyyə İdarəsi[6] vasitəsilə həyata keçirilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
9.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla[8] Ağdam bələdiyyələrində aşağıdakı dəyişikliklər edilib: "Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi" yaradılıb.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun[9] 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 6) 13-cü sırada "Üçoğlan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Yusifli kəndləri" sözləri ", Yusifli kəndləri və Birinci Baharlı, İkinci Baharlı, Səfərli qəsəbələri" sözləri ilə əvəz" edilib.
20.10.2016-ci il tarixli 10 nömrəli Protokolunda[2] təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin sonuncu Nizamnaməsi qəbul edilib.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[5], habelə Qarabağ Regional Ədliyyə İdarəsi[6] vasitəsilə həyata keçirilib.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla[10][11][12][13] aşağıdakı dəyişikliklər edilib: "7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi;" yaradılıb.
Ağdam rayonu Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolu[14] ilə təsbit edilmiş 3-cü Qərarı ilə Ağdam rayonunun Ümoğlan bələdiyyənin Nizamnaməsi ləğv edilib.
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[1] əsasən Ağdam rayonunun Üçoğlan bələdiyyəsinin mərkəzi Ağdamın Üçoğlan kəndi olub. Bu Bələdiyyənin ofisi Üçoğlan kəndində keçmiş kolxoz binasında yerləşib.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aid edilib:
Bələdiyyənin tam adı | VÖEN[15] | Bələdiyyə ödəyiciləri üçün vergi kodu[16] | Bələdiyyənin statistik kodu[17] | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu [18] | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu[18] |
---|---|---|---|---|---|---|---|
Ağdam rayonunun Üçoğlan bələdiyyəsi | 3200011321 | 3213 | 60919007 | Üçoğlan kənd iəd | 60919005 | Üçoğlan kəndi | 60919018 |
Gül Baharlı kəndi | 60919058 | ||||||
Ballar kəndi | 60919088 | ||||||
Böyükbəyli kəndi | 60919028 | ||||||
Orta Qışlaq kəndi | 60919038 | ||||||
Yusifli kəndi | 60919068 | ||||||
Alıbəyli kəndi | 60919048 | ||||||
Kiçikli kəndi | 60919078 |