. Love.az

Inonu Universiteti - Wikipedia - Love.az

Ana Səhifə - Inonu Universiteti

İnönü Universiteti — Türkiyənin Malatya şəhərində dövlət universiteti. 28 yanvar 1975-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin ikinci prezidenti İsmət İnönünün anadan olduğu Malatyada İnönü Universitetinin yaradılması haqqında sərəncam vermişdir.

İnönü Universiteti
İnönü Üniversitesi[1]
Loqonun şəkli
Əsası qoyulub 1975
Tələbə sayı 1.153[2]
Ölkə
  •  Türkiyə[3]
Sayt inonu.edu.tr
38°19′59″ şm. e. 38°26′20″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnönü Universiteti Türkiyənin şərq hissəsinin ən böyük dövlət universitetlərindən biridir. İnönü Universitetinin 6 kampusu, 6 institutu, 14 fakültəsi, 19 tədqiqat mərkəzi və Malatya Texnologiya İnkişafı Zonası adlanan innovativ elm və texnologiya parkı var. 1975-ci ildən bəri İnönü Universitetini 90 mindən çox tələbə bitirmişdir.[4] Universitet daxilində Turqut Özalın xatirəsinə həsr olunmuş başqa bir muzeylə yanaşı İsmət İnönüyə həsr edilmiş bir muzey də var. Hal-hazırda İnönü Universitetində 1,600-dən çox professor-müəllim heyəti və tədqiqat işçisi, 3,500-ə yaxın aspirant və 41,000-dən çox (müxtəlif ölkələrdən olan təxminən 1,500 tələbə) bakalavr tələbəsi var.

İstinadlar

redaktə
  1. ↑ https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. ↑ https://istatistik.yok.gov.tr/.
  3. ↑ 1 2 Directory of Open Access Journals. 2003.
  4. ↑ "İnönü Üniversitesi". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-20.

Xarici keçidlər

redaktə
  • İnönü Universiteti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İnönü_Universiteti&oldid=7474797"
LOVE.AZ