Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
İslam Sadıq (İslam Hüseyn oğlu Sadıqov) — şair, folklorşünas, filologiya üzrə elmlər doktoru[1]
İslam Sadıq | |
---|---|
İslam Hüseyn oğlu Sadıqov | |
Doğum tarixi | (71 yaş) |
Doğum yeri | Tovuz rayonu, Samanlıq kəndi |
Elm sahəsi | folklorşünaslıq |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
İş yeri | AMEA Folklor İnstitutu |
Tanınır | şair, folklorşünas, |
16 oktyabr 1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində anadan olub. 1961–1971-ci illərdə Samanlıq kənd orta məktəbində, 1973–1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnik fakültəsində, 1980–1986-cı illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. Hazırda AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsində aparıcı elmi işçidir.[2]
Azərbaycan dastan folklorunun, həmçinin Şumer tarixi və mədəniyyətinin araşdırıcısıdır. Şumer dilinin qədim türk dili olduğunun əsaslandırılması yönündə tədqiqatları var. "Azərbaycan folklorunda "Koroğlu" poetik ənənəsi" mövzusu üzrə "fəlsəfə doktoru" (2007) .[3], "Şumer epik mətnləri və Türk xalq yaradıcılığı ənənələri" mövzusu üzrə "elmlər doktoru" (2015)[4] elmi dərəcələrini almışdır.
10-dan çox şerlər və 20-yə yaxın araşdırma kitabının, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.