2002–2005: Təsis və ilkin inkişaf mərhələsi
Bank 2002-ci ildə “Azərbaycan Mikromaliyyə Bankı” adı ilə təsis olunmuşdur.
2005-ci ildə müddətli depozitlərin qəbuluna başlanmış, SWIFT, Western Union və PrivatMoney sistemlərinə qoşulmuşdur.
Həmin il Gəncə şəhərində ilk regional filial açılmışdır.
Eyni zamanda bank GMF, Blue Orchard, Deutsche Bank, Incofin və Triodos təşkilatlarından ilk xarici kreditləri cəlb etmişdir. [1]