. Love.az

Serif Esedullayev - Wikipedia - Love.az

Ana Səhifə - Serif Esedullayev

Şərif Kamil oğlu Əsədullayev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru.

Şərif Əsədullayev
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi
23 yanvar 2014 – 3 sentyabr 2017
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini
2001 – 2014
Şəxsi məlumatlar
Doğum tarixi 1 sentyabr 1955
Doğum yeri Lənkəran rayonu Şağlaser kəndi
Vəfat tarixi 16 yanvar 2023 (67 yaşında)
Vəfat yeri Bakı,Azərbaycan
Uşağı 3
Rütbəsi
Polis general-mayoru

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20082008

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Fəaliyyəti
  • 4 İstinadlar

Həyatı

redaktə

Şərif Kamil oğlu Əsədullayev 1 sentyabr 1955-ci ildə Lənkəran rayonu nunun Şağlaser kəndində anadan olub. SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1984-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1985-2013 cü illərdə Azərbaycan Respublikası Daxili işlər orqanlarında Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi. 2001-ci ildə isə baş idarələrin rəis müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

23 yanvar 2014-cü ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Şərif Əsədullayev Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in "Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb.

Təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir. Həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan Şərif Əsədullayev rəis kimi xüsusi xidmətləri olmuşdur.

2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

16 yanvar 2024-ci ildə Bakı şəhərində uzunsürən xəstəlikdən vəfat etmişdir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Ailəsi

redaktə

Ailəli idi

Fəaliyyəti

redaktə

İstinadlar

redaktə

Azərbaycanda polis generalı vəfat edib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şərif_Əsədullayev&oldid=7979245"
LOVE.AZ