Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — Azərbaycan Milli Məclisinin deputatı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri (2022–2024).
Şahin Seyidzadə | |
---|---|
Vəzifədədir | |
23 sentyabr 2024-cü ildən | |
10 mart 2020 – 17 mart 2022 | |
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri | |
3 mart 2022 – 23 sentyabr 2024 | |
Əvvəlki | Əsgər Ələkbərov |
Sonrakı | Rüfət Mahmud |
Şəxsi məlumatlar | |
Doğum adı | Şahin Kamil oğlu Seyidzadə |
Doğum tarixi | 15 aprel 1978(1978-04-15) (47 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
![]() ![]() |
seyidzade.az |
Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub. 1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb.
2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb.[1]
İngilis və rus dillərində sərbəst danışa bilir.
Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb.
2015–2020-ci illər — Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəri olub.
9 fevral 2020-ci il – 3 mart 2022-ci il — 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub.
3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.[2][3]
2024-cü il oktyabrın 8-də Azərbaycan — Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.
28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.[5]