. Love.az

Samaxi Dovlet Resm Qalereyasi - Wikipedia - Love.az

Ana Səhifə - Samaxi Dovlet Resm Qalereyasi

Şamaxı Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 24 avqust 1990-cı il tarixli 306 nömrəli əmrinə əsasən yaradılmışdır. Rəsm Qalereyası Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ikinci mərtəbəsində yerləşir. Qalereyanın ümumi sahəsi 198 kv.m.-dir.

Şamaxı Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Rəssamların peşəkarlığının artırılması
Yarandığı yer Azərbaycan Şamaxı
Fəaliyyət göstərdiyi yer Şamaxı,Şirvan küçəsi,5[1]
Sədr Sədaqət Xəlilova

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Fəaliyyəti

redaktə

Rəsm Qalereyası bir ekspozisiya zalı, bir fond mühafizə otağı və işçi otağından ibarətdir. Rəsm Qalereyasında 106 əsər var. Əsərlərdən 70-i Qalereyanın öz balansındadır. Qalereyanın ekspozisiyasında 58 əsər nümayiş olunur. Bu əsərlər Azərbaycanın gənc rəssamlarının, eyni zamanda yerli rəssamların əsərləridir. İl ərzində qalereyada müxtəlif sərgilər təşkil olunur, tədbirlər keçirilir. Mütəmadi olaraq keçirilən ümumrayon tədbirləri zamanı Rəsm Qalereyası müxtəlif mövzulu sərgilər təşkil edir.[2]

İstinadlar

redaktə
  1. ↑ "Şamaxı Dövlət Rəsm Qalereyası". azgallery.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.04.2021.
  2. ↑ "Şamaxı Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.

Xarici keçidlər

redaktə
  • "Şamaxı Dövlət Rəsm Qalereyası". www.youtube.com. İstifadə tarixi: 28.04.2021.
  • "AZƏRBAYCAN RESPUBLİKASI ŞAMAXI RAYON İCRA HAKİMİYYƏTİ". ww.shamaxi-ih.gov.az. İstifadə tarixi: 28.04.2021.

Həmçinin bax

redaktə
  • Şamaxı
  • Şamaxı rayonu
  • Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Şamaxı_Dövlət_Rəsm_Qalereyası&oldid=6696975"
LOVE.AZ