Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Əfətli | |
---|---|
40°01′29″ şm. e. 47°06′43″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Ağdam rayonu |
Bələdiyyə | Əfətli bələdiyyəsi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 207 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Xəritəni göstər/gizlə
|
Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir.
Qədim türkmənşəli Avest tayfasının adındandır.[2]
Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı.[3]
Rusiya İmperiyasının siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1913-cü ilə aid qeydlərində "Afatlu" kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının Afatlu kənd icmasında göstərilib[4]. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir.
1926-cı ilə aid Azərbaycan SSR inzibati ərazi bölgüsündə Əfətli kəndi Azərbaycan SSR Ağdam qəzasının Qarqar dairəsinə aid edilib[5]. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
1929-cu il inzibari ərazi islahatı nəticəsində kənd Azərbaycan SSR Ağdam rayonunun Məşədilər Kənd Deputatları Şurasının (Sovetliyinin) ərazisinə aid edilib[6].
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30.06.1954-cü il tarixli Qərarı ilə Ağdam rayonunun Məşədilər kəndinin adı dəyişdirilərək tarixi "Əfətli kəndi" adı qaytarılmışdır[7].
1961 - 1977-ci il siyahıyaalmsı zamanı Əfətli kəndi Ağdam rayonunun Əfətli kənd deputatları Sovetliyinin ərazisi kimi göstərilib[8][9].
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna əsasən Kənd ərazisində Ağdam rayonunun Əfətli bələdiyyəsi təşkil edilmişdir.
Birinci Qarabağ Müharibəsindən sonra Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında müdafiə olunmuşdur.
2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur, bütün hallarda düşmən cavab atəşilə susdurulurdu.