. Love.az

Ehmed Abdinov - Wikipedia - Love.az

Ana Səhifə - Ehmed Abdinov
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.


Abdinov Əhməd Şahvələd oğlu (30 may 1945, Behrud, Ordubad rayonu) — Azərbaycan fiziki, Fizika-riyaziyyat elmləri doktoru (1978), professor (1981).

Əhməd Abdinov
Əhməd Şahvələd oğlu Abdinov
Doğum tarixi 30 may 1945(1945-05-30) (80 yaş)
Doğum yeri
  • Behrud, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ

Həyatı

redaktə

Əhməd Abdinov 30 may 1945-ci ildə Ordubad rayonunun Behrud kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirmişdir (1968).

1968-ci ildə BDU-nun fiziki elktrnika kafedrasında aspiranturaya qəbul olunmuş, təhsilini Leninqradda (indiki Sankt-Peterburq) SSRİ EA Fizika və Texnika İnstitutunda davam etdirmişdir.

1972-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyət göstərir; fizika fakültəsinin dekanı (1988-89) olmuşdur. 1992-ci ildən fiziki elektronika kafedrasının müdiri və bərk cisim elektronikası elmi-tədqiqat laboratoryasının rəhbəridir.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1990-2000) olmuşdur.

Tədqiqatları qismən nizamsız yarımkeçirici sistem və materiallarda elektron hadisələrinin xüsusiyyətlərinin aşkar edilməsinə, belə sistemlərdə müxtəlif növ elektron proseslərinin mexanizmlərinin müəyyənləşdirilməsinə aiddir.

220-dən çox elmi əsərin müəllifidir, bir neçə müəlliflik şəhadətnaməsi var. 20-dən çox elmi əsəri xarici ölkələrdə çap olunmuşdur. 40-dan çox beynəlxalq və ittifaq əhəmiyyətli elmi konfrans, simpozium və konqreslərdə məruzələr etmişdir. Nyu-York EA-nın həqiqi üzvü seçilmişdir (1995). Elm Sahəsində Beynəlxalq Soros qrantına layiq görülmüşdür.

Kitabları

redaktə
  • "Bərk cisim elektronikası", 2004, Bakı, "Təhsil" – ali məktəblər üçün dərs vəsaiti.
  • "Optoelektronika", 2005, Bakı, "Maarif" – ali məktəblər üçün dərslik
  • "Fiziki elektronika" istiqaməti üzrə bakalavr pilləsi üzrə fənn proqramları toplusu, 2007, Bakı, "Təhsil"
  • "Fiziki elektronika" istiqaməti üzrə magistr pilləsi üzrə fənn proqramları toplusu, 2007, Bakı, "Təhsil"
  • "Fiziki elektronikanın tarixi və metodologiyası", 2008, Bakı, "Təhsil", – ali məktəblər üçün dərs vəsaiti.
  • "Elektron texnikasının materialları və nanotexnologiyanın əsasları", Bakı, Təhsil, 2010. (V.H.Səfərov ilə ortaqlı)

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əhməd_Abdinov&oldid=7226152"
LOVE.AZ