. Love.az

Eliagali - Wikipedia - Love.az

Ana Səhifə - Eliagali

Əliağalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.[2]

Əliağalı
40°02′18″ şm. e. 46°46′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 0 nəf. (2016)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0220[1]
Xəritəni göstər/gizlə
Əliağalı xəritədə
Əliağalı
Əliağalı

Kənd 1993-cü il iyunun 12-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur[3].

Mündəricat

  • 1 Tarixi
  • 2 Mədəniyyəti
  • 3 Əhalisi
    • 3.1 Görkəmli şəxsləri
  • 4 İstinadlar
  • 5 İstifadə olunan ədəbiyyat

Tarixi

redaktə

1930-cu ilə qədər Əliağalı kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.

Əliağalı kəndi rayon mərkəzi Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir. 20.11.2020-ci il Tarixində Azərbaycan Ordusu Tərəfindən Azad Edildi.

Mədəniyyəti

redaktə

İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər.

Əhalisi

redaktə

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 65 evdə 324 şiə tatar yaşayırdı.[4]

Görkəmli şəxsləri

redaktə
  • Əliyev Nadir Alış oğlu — Azərbaycanın Milli Qəhrəmanı
  • Baxşeyiş Hətəmli
  • Natiq Cavadov-Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru, texnika elmləri doktoru, professor

İstinadlar

redaktə
  1. ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. ↑ "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  4. ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.

İstifadə olunan ədəbiyyat

redaktə
  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  • Baxşeyiş Abbasoğlu "Ağdam ağrıları", 2003;
  • V. Əsgərov "Azərbaycanın Milli Qəhrəmanları", 2010;
  • O. Məmmədov "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri", 20001.
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əliağalı&oldid=8226814"
LOVE.AZ