6 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
6 №-li Qayıdış qəsəbəsi | |
---|---|
39°43′35″ şm. e. 47°31′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 sentyabr 2004 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Nəqliyyat kodu | 19 |
Xəritəni göstər/gizlə
|
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[3] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
"Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun[4] "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 6 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.
Həmin hissənin üçüncü abzası ilə "Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun[5] I hissəsinin sonuncu abzasına əsasən İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.
Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
2020-ci ilin yanvar ayına olan məlumata görə 6 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 810 nəfərdir. Qəsəbədə 6 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili var.[6]
6 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[7]
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub.
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
Füzuli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |