. Love.az

Aleksey Lejnyov - Wikipedia - Love.az

Ana Səhifə - Aleksey Lejnyov

Aleksey Timofeyeviç Lejnyov (Lejnev) (27 mart 1913, Bakı – 23 fevral 1972, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1969).

Aleksey Lejnyov
rus. Алексей Тимофеевич Лежнёв
Digər adı Aleksey Lejnev
Doğum tarixi 27 mart 1913
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 23 fevral 1972 (58 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1932-ci ildən
Teatr Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 19591959
"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19691969 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1954

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 İfa etdiyi əsas rollar
  • 4 İstinadlar

Həyatı

redaktə

Aleksey Lejnyov 27 mart 1913-cü ildə Bakıda anadan olmuşdur. 1932–1934-cü illərdə Rostov Dram Teatrı studiyasında, 1934–1937-ci illərdə isə Tbilisi Dövlət Rus Dram Teatrında çıxış etmiş, 1938-ci ildən M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşdur.[1]

Aleksey Lejnyov 1944-cü ildən Sov. İKP üzvü olmuşdur. O, pedaqoji fəaliyyət də göstərmişdir. Aktyor 23 fevral 1972-ci ildə Bakıda vəfat etmişdir.[1]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 dekabr 1969[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 fevral 1954[⇨]
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

İfa etdiyi əsas rollar

redaktə
  • "Polad necə bərkidi", Nikolay Ostrovskinin əsəri üzrə — Pavel Korçagin
  • "Müfəttiş", Nikolay Qoqol — Xlestakov
  • "İki ağanın bir nökəri", Karlo Qoldoni — Truffaldino
  • "Xırs-quldurbasan", Mirzə Fətəli Axundov — Tarıverdi
  • "Müsyo Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Məstəli şah
  • "İnqilab naminə", Mixail Şatrov — Dzerjinski
  • "Onun dostları", Viktor Rozov — Şaron

İstinadlar

redaktə
  1. ↑ 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 180.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksey_Lejnyov&oldid=8187944"
LOVE.AZ