. Love.az

Aqdez - Wikipedia - Love.az

Ana Səhifə - Aqdez

Aqdəz (ərəb. أگدز‎, bər. ⴰⴳⴷⵣ, fr. Agdz) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətinin Zaqora əyalətində şəhər. 2014-cü il əhali siyahıyalmasına görə 10.681 nəfərlik bir əhaliyə malik olan şəhər Atlas dağları üzərində, Kisən dağının ətəyində və Draa çayının sahilində yerləşir.

Aqdəz
‫اݣدز‬
ⴰⴳⴷⴰⵣ
30°41′52″ şm. e. 6°26′59″ q. u.HGYO
Ölkə
  •  Mərakeş
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 942 m
Əhalisi
Əhalisi
  • 11.189 nəf. (2024)[1]
Xəritəni göstər/gizlə
Aqdəz xəritədə
Aqdəz
Aqdəz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiya
  • 3 Tarixi
  • 4 Əhali
  • 5 Qalereya
  • 6 İstinadlar

Toponimikası

redaktə

Aqdəz bərbər dilində "istirahət yeri" deməkdir.

Coğrafiya

redaktə

Aqdəz Varzazat şəhərindən 65 kilometr (40 mil), Zaqora şəhərindən isə 92 kilometr (57 mil) uzaqlıqda yerləşir. Aqdəz Mərakeş və Timbuktu şəhərlərini birləşdirən tarixi bir karvan yolunun üzərində yerləşir.

Aqdəzin ən əhəmiyyətli coğrafi xüsusiyyəti Draa vadisinin ortasında və şəhərin şərqində yerləşən Kisən dağıdır.

Tarixi

redaktə

Aqdəz tarixən yerləşdiyi regionun önəmli bir iqtisadiyyat mərkəzi olmuşdur. Daha sonra 1970–1980-ci illərdə baş vermiş quraqlıq nəticəsində əhəmiyyətini itirmiş, şəhər əhalisinin əksər hissəsi Aqdəzi tərk etmişdir.

Ərəbistanlı Lourens filmi 1962-ci ildə burada çəkilmişdir.

Əhali

redaktə

Qalereya

redaktə
  •  
    Şəhəri təmsil edən iki futbol klubu.
  •  
    Tamnuqalt ksarı.
  •  
    Tamnuqalt ksarı.
  •  
    Kisən dağının görünüşü.

İstinadlar

redaktə
  1. ↑ 2024 Moroccan census. / red. High Commission for Planning 7
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aqdəz&oldid=8200207"
LOVE.AZ