Araz Zərgər bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Bələdiyyə | |
Araz Zərgər bələdiyyəsi | |
---|---|
Azərbaycan Respublikasının Füzuli rayonunun Araz Zərgər bələdiyyəsi | |
Ölkə | |
Daxildir | Füzuli rayonu |
İnzibati mərkəz | Araz Zərgər |
Bələdiyyə sədri (sonuncu) | Səfərova Ülviyyə |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1999 |
Ləğv edilib | 2024 |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Statistik kodu | 60630037 |
Bələdiyyə ödənişləri üçün vergi kodu | 7504 |
VÖEN | 7500111981 |
Telefon kodu | 994 26 |
Avtomobil nömrəsi | 19 |
İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2000-2020-ci illərdə İmişli Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi |
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[1] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Araz Zərgər bələdiyyəsi olub.
Bu Bələdiyyənin ilk Nizamnaməsi onun 04.04.2000-ci il tarixli 2 nömrəli Protokolunda təsbit eidlmiş Qərarı ilə təsdiq edilib və 29.08.2024-cü il tarixli 08 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib[2].
Yaradıldıqdan sonra Bələdiyyə 18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[3] təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Horadiz şəhərində yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının[4] üzvülüyünə qəbul edilib.
2003-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[5] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[6] və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvülüyünə qəbul edilib.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[8] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[9] və Qarabağ Regional Ədliyyə İdarəsi[10] vasitəsilə həyata keçirilib.
29.08.2024-cü il tarixli 08 nömrəli Protokolunda[2] təsbit edilmiş 1-ci Qərarı ilə bu Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilmiş və Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunda[11] edilmiş 3-cü Qərarı ilə ləğv edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[12] 18-ci hissəsinə əsasən: "18.1. 3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi" yaradılıb. Bununla da Araz Zərgər bələdiyyəsinin fəaliyyətinə xitam verilib.
Nizamnaməsinin[2] 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Araz Zərgər kəndi olub.
07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun[13] həmin vaxt mövcud olmuş redaksiyasının 15-ci bəndinə əsasən bu Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:
Bələdiyyənin adı[14] | VÖEN[15] | Bələdiyyə ödəyicisi üçün vergi kodu[16] | Bələdiyyənin statistik kodu | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu[17] | İnzibati ərazi vahidinin adı[14] | İƏV statistik kodu[17] |
---|---|---|---|---|---|---|---|
Füzuli rayonunun Araz Zərgər bələdiyyəsi | 7500111981 | 7504 | 60630037 | Bala Bəhmənli kənd iəd | 60630005 | Araz Zərgər kəndi | 60630038 |