. Love.az

Behram Mirze Sefevi - Wikipedia - Love.az

Ana Səhifə - Behram Mirze Sefevi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Əbil-Fəth Bəhram Mirzə Səfəvi (7 sentyabr 1517, Marağa, Şərqi Azərbaycan ostanı – 11 oktyabr 1549[1], Kürdüstan ostanı) — sənətçi və ədib şahzadə.

Bəhram Mirzə Səfəvi
Əbül Fəth Sultan Müizəddin Bəhram Mirzə
Xorasan bəylərbəyliyi
 • Herat hakimliyi
1529 – 1533
ƏvvəlkiSam mirzə Səfəvi
Lahican hakimi
1536 – 1537
Həmədan bəylərbəyliyi
1546 – 1549
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1518
Doğum yeri Surluq yaylağı, Marağa, Səfəvilər dövləti
Vəfat tarixi 9.16.1550
Vəfat yeri Həmədan yaxınlığı, Səfəvilər dövləti
Dəfn yeri Məşhəd
Fəaliyyəti hərbi lider[d], hökmdar[d], mesenat[d], xəttat, rəssam, şair, musiqi nəzəriyyəçisi
Atası Şah İsmayıl Xətai
Anası Şah Sultan
Həyat yoldaşı Zeynəbsultan xanım
Uşağı İbrahim mirzə Cahi
Ailəsi Səfəvilər
Dini Şiə İslam
Hərbi xidmət
Mənsubiyyəti Səfəvilər
Qoşun növü Səfəvi imperiyasının ordusu
Döyüşlər
  • Səfəvi–Osmanlı müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ailəsi
  • 4 İrsi
  • 5 Mənbə
    • 5.1 İstinadlar
    • 5.2 Ədəbiyyat

Həyatı

redaktə

7 sentyabr 1518-ci ildə Şah İsmayıl Xətai və Şah Sultanın ikinci övladı olaraq dünyaya gəlmişdir. Saray təhsili almışdır.

Fəaliyyəti

redaktə

İctimati fəaliyyətə ilk dəfə 11 yaşında Xorasan vilayətinin hakimi kimi başlamışdır. Herat qalasında Qazi xan Təkəlinin qəyyumluğu altında yaşayan Bəhram Mirzənin hakimiyyəti özbəklərin hücumları ilə kölgələnmişdi. 1532-ci ilin yazından 1533-cü ilin oktyabrına qədər mühasirədə qalan Bəhram Mirzə 1533-cü ildə qardaşı Sam mirzə Səfəvi ilə əvəz olundu. 1534-cü ildə Azərbaycanı Osmanlıya qarşı qoruyan Bəhram, 1536-cı ildə Lahicana hakim təyin edildi. Lakin yerli xalqla əlaqəsi zəif olan Bəhram bu dəfə 1546-cı ildə Həmədana hakim təyin edildi. Əlqas mirzə Səfəvinin həbsində önəmli rol oynayan Bəhram 1550-ci ildə qəflətən vəfat etdi.

Ailəsi

redaktə

İmadəddin Şirvaninin bacısı Zeynəbsultan xanım ilə evlənmişdir. Övladları:

  1. Sultan Həsən mirzə Səfəvi — gənc vaxtı öldü.
  2. Sultan Hüseyn mirzə Səfəvi — Sistan, Qəndəhar, Zəmindəvar hakimi.
  3. Sultan İbrahim mirzə Səfəvi — Məşhəd, Ərdəbil, Qain hakimi.
  4. Sultan Bədiüzzaman mirzə Səfəvi — Sistan hakimi.

İrsi

redaktə

Bəhram Mirzə musiqiçi, şair, xəttat və rəssam idi. Rüstəm əl-Xorasani kimi rəssamlara sarayında yer vermişdi. Əsərləri Topqapı Sarayında qorunur.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ Pas L. v. Bahram Safavi // Genealogics (ing.). 2003.

Ədəbiyyat

redaktə
  • Bəhram Mirzə Səfəvi, Böyük İslami Ensiklopediyası, yazıçı:Məlihə Məhdəvi
  • BAHRĀM MĪRZĀ İranika Ensiklopediyası, yazıçı:P. Soucek
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəhram_Mirzə_Səfəvi&oldid=6904479"
LOVE.AZ