Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur.[1]
Kənd | |
Bayraməli qışlağı | |
---|---|
Ölkə |
![]() |
Region | Eçmiədzin qəzası |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir[2][3].
Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır[4].
1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.