Bryomsebru müqaviləsi — 13 avqust 1645-ci ildə Blekinge və Smoland vilayətlərinin sərhəddindəki Bryomsebru kəndində,[1] Fransanın vasitəçiliyi ilə İsveç krallığı və Danimarka-Norveç krallığı arasında imzalanmış sülh müqaviləsi. Müqavilə üzrə danışıqlar həmin ilin fevralında başlamışdır. Bu müqavilə Otuzillik müharibənin bir hissəsi olan Danimarka-İsveç müharibəsinə son qoymuşdur.[2]