. Love.az

Cume Mescidi Tebriz - Wikipedia - Love.az

Ana Səhifə - Cume Mescidi Tebriz

Cümə məscidi (fars. مسجد جامع تبریز‎), Mescid-e-Jāmeh Tebriz), İranın Təbriz şəhərində tarixi dəyərə malik olan bir məsciddir.

Cümə məscidi
Xəritə
38°04′51″ şm. e. 46°17′25″ ş. u.HGYO
Ölkə İran
Şəhər Təbriz
Yerləşir Mutahhari küçəsi
Aidiyyatı Böyük Səlcuq İmperiyası
Cümə məscidi (İran)
Nöqtə
Cümə məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi mənbələrdə bu məsciddən “Cami-i Kəbir” adı ilə də bəhs olunur. Məscid şəhərin ilk cümə məscidi olaraq qurulmuş və Təbriz bazarı onun ətrafında təşəkkül tapmışdır. Təbriz Cümə Məscidi Səlcuqlular dövründən başlayaraq Qacarlar dövrünə qədər uzanan bir zaman kəsimini əhatə edir və Təbrizin Şəhid Mütəhhəri küçəsində yerləşir. Bu abidə 5 yanvar 1932-ci ildə tarixində 171 nömrə ilə İranın milli irsi siyahısına daxil edilmişdir.Sāzmān-e Mīrās-e Farhangī va Gardeshgarī-ye Īrān. "Sāzmān-e Mīrās-e Farhangī va Ṣanāyeʿ-e Dastī va Gardeshgarī". www.ichto.ir. 10 yanvar 2006. 28 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2025.

Mündəricat

  • 1 Haqqında
    • 1.1 Məscidin Şəbistanı
    • 1.2 Coğrafi mövqeyi
  • 2 İstinadlar
  • 3 Mənbələr

Haqqında

redaktə

Təbriz Cümə Məscidi əvvəllər bir eyvanlı olmuşdur, lakin sonralar iki eyvanlı formaya gətirilmişdir. Bu məscid, inşasında Firuzabad sarayının tikinti üslubunu əsas götürən nadir nümunələr sırasında yer almaqdadır.[1][2]

Məscidin Şəbistanı

redaktə

Məscidin ən qədim hissəsi, səkkizguşəli kərpic sütunlar üzərində inşa olunmuş tağ və günbəzlərlə örtülü geniş bir şəbistandır. Bu hissə Rəvvadilər dövrünə (Səlcuqlularla eyni dövrə təsadüf edir) aid incə və zərif suvaq işləmələri ilə bəzədilmişdir. Məscid Elxanilər dövründə diqqət mərkəzində olmuş və bura bəzi əlavələr edilmişdir. Həmin dövrün yadigarı kimi yüksək suvaq işləməli mehrab günümüzə qədər gəlib çatmışdır.

Ağqoyunluların Azərbaycan üzərində hakimiyyəti dövründə, Uzun Həsənin həyat yoldaşı Səlcuqşah Bəyim tərəfindən məscidin şimal hissəsində müxtəlif çini mozaikalarla bəzədilmiş uca bir günbəz tikilmişdir. Həmin günbəzin yalnız bünövrələri və bəzi künc hissələrindəki kaşı bəzəkləri bu gün də qalmaqdadır.

1780-ci ildə baş vermiş zəlzələdə Təbrizin bir çox tarixi binası kimi bu məscid də zərər görmüşdür. Hazırkı məscid, Qacarlar dövrünün əvvəlində Təbrizin hakimi Hüseynqulu xan Dünbülinin göstərişi ilə, möhkəm təməl və tağlı-çeşməli örtük sistemi ilə yenidən inşa edilmiş və Qacar dövrünün mühüm memarlıq nümunələrindən biri hesab olunur.

Coğrafi mövqeyi

redaktə

Cümə Məscidi Təbriz bazarının sonunda, Talibiyyə mədrəsəsinin cənub tərəfində, Höccətülislam məscidi ilə Mirzə İsmayıl Xalaoğlu məscidinin arasında yerləşir. Bu bina Təbrizin ən qədim tarixi abidələrindən biri hesab olunur. Onun inşa tarixi və ilkin banisi məlum deyil. Bəzi tədqiqatçılar onu ilk İslam dövrü məscidlərindən hesab edirlər, digərləri isə qədim binanı Səlcuqlular dövrünə aid edirlər.[3]

İstinadlar

redaktə
  1. ↑ Şahbāzī Şīrān, 1384. səh. 133
  2. ↑ Zamarşīdī, 1374. səh. 146
  3. ↑ Şahbāzī Şīrān, 1384. səh. 17

Mənbələr

redaktə
  • Şahbāzī Şīrān, Dūktūr Ḥabīb, Āsār-e mohemm va barjaste-ye sāḵtemānī va veže-gīhā va dastāvard-hā-ye meʿmārī va tazyīnī-ye tamaddon-e eslāmī-ye Īrān dar dore-ye Saljūqīān va Īlḵānīān, Ərdəbil: Dānešgāh-e Moḥaqqeq-e Ardabīlī, 1384
  • Zamarşīdī, Ḥoseyn, Masjed dar meʿmārī-ye Īrān, Tehrān: Keyhān, 1374
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cümə_məscidi_(Təbriz)&oldid=8188513"
LOVE.AZ