Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Cəfər Ağalarov | |
---|---|
Cəfər Həsən Ağa oğlu Ağalarov | |
Doğum tarixi | (87 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | mexanika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu |
Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.[1289 gündür mənbəsizdir]
Fəzada çevik rabitələrin hərəktəi nəzəriyyəsi. Yeni daxili yanma mühərriki.
85-dən çox elmi məqalənin, o cümlədən 8 şəhadətnamə və patentin müəllifidir.