. Love.az

Dadanovlarin Mulkleri - Wikipedia - Love.az

Ana Səhifə - Dadanovlarin Mulkleri

Dadanovların mülkləri — Şəki şəhərində yerləşən və Məşədi Xəlil Dadanov tərəfindən tikdirilmiş tarixi-memarlıq abidələri.

Dadanovların mülkləri
Xəritə
41°12′05″ şm. e. 47°11′42″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Mirzə Fətəli Axundzadə prospekti, 164
Aidiyyatı Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XX əsrin əvvəlləri
Vəziyyəti stabil
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4996-1, 4996-2, 4996-3, 4996-4, 4996-5
KateqoriyaBina
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazidə olan 5 bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında

redaktə

Dadanovların mülkləri 5 binadan ibarətdir və binalardan dördü indiki M.F.Axundzadə prospektinin şərq, biri isə qərb tərəfində yerləşir. Onların XX əsrin əvvələrində tikildiyi ehtimal olunur. Yalnız üçüncü binanın üzərində tikinti tarixi kimi 1909-cu il göstərilib.[1] Binalar 1909-cu ildə Məşədi Xəlil Dadanov tərəfindən tikdirilib. Xəlil Dadanov orta təhsilini bitirdikdən sonra Sankt Peterburqda ali təhsil alıb. Şəkiyə qayıtdıqdan sonra Hacı Məhəmmədsadıq Əliyevin qızı Tükəzban xanım ilə ailə qurub. Tütün və maxorka ixracı ilə məşğul olub və qardaşları ilə birlikdə varlanıb.[2] [3]

Binaların memarı usta Rza Qafarovdur. İnşalarında çay daşı, qırmızı kərpic, əhəng və meşə ağaclarından istifadə olunub.[2]

Kompleksdəki binalarda ümumilikdə 39 otaq var. Birinci binanın ümumi sahəsi 760 kvadratmetrdir. Tütün maxorka fabriki kimi istifadə olunmuş bu bina üçmərtəbəlidir və yeddi otaqdan ibarətdir. Hazırda birinci mərtəbəsindən anbar kimi, ikinci və üçüncü mərtəbələrindən isə sinif otaqları kimi istifadə edilir. İkinci binanın ümumi sahəsi 763 kvadratmetrdir.[2] Üçmərtəbəlidir, on iki otağı var. Üçüncü binanın ümumi sahəsi 218 kvadratmetrdir. Bu bina yataqxana kimi istifadə olunur və üç otaqdan ibarətdir. Dördüncü binanın ümumi sahəsi 392 kvadratmetrdir. İkimərtəbəsi olan bu binada yeddi otaq var.[4]

2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[5] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[6]

Ərazidə olan 5 bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7] Onlardan üçü “Dadanovların evi”, ikisi isə “Dadanovların ticarət kontoru” adı ilə qeydiyyata alınıb.[1]

Hazırda bu binalarda Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziya fəaliyyət göstərir.[2]

Şəkilləri

redaktə
  •  
    Dadanovların evi 1
  •  
    Dadanovların evi 2
  •  
    Dadanovların evi 3
  •  
    Dadanovların ticarət kontoru 1

İstinadlar

redaktə
  1. ↑ 1 2 Rəsulova, Zəminə. Şəkinin memarlıq siması - Dadanovların mülkü (PDF) (az.). Gəncə: Elmi Xəbərlər Jurnalı. 2024. 51. doi:10.30546 (#bad_doi).
  2. ↑ 1 2 3 4 Məmmədov, Qurban. "Şəkidə Dadanovların mülkü". Azərbaycan qəzeti (az.). 2024-10-19. 2025-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-19.
  3. ↑ Mabud oğlu, Zəkəriyyə; Bəharəddin qızı, Sevinc. Şəkidə məhəllə adları, soylar və ləqəblər (az.). I. Bakı: Nafta Press nəşriyyatı. 2004. 186.
  4. ↑ "Dadanovların yaşayış evi". sheki.heritage.org. İstifadə tarixi: 2025-06-19.
  5. ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
  6. ↑ "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
  7. ↑ ""Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". e-qanun.az (az.). 2021-11-03. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dadanovların_mülkləri&oldid=8236277"
LOVE.AZ