. Love.az

Fuzuli Bayat - Wikipedia - Love.az

Ana Səhifə - Fuzuli Bayat

Füzuli Bayat (Gözəlov Füzuli Xeyrulla oğlu; 28 aprel 1958, Xırmandalı, Masallı rayonu) – folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı sahəsində tanınmış Azərbaycanlı alim, filologiya elmləri doktoru, professor.[2]

Füzuli Bayat
Füzuli Bayat (Gözəlov) professor
Digər adı Bayat
Doğum tarixi 28 aprel 1958(1958-04-28) (67 yaş)
Doğum yeri
  • Xırmandalı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Elm sahələri türkologiya, folklorşünaslıq, filologiya[1], ədəbiyyatşünaslıq[1]
Elmi dərəcəsi
  • professor
İş yeri
  • AMEA Folklor İnstitutu
Təhsili
  • Azərbaycan Dillər Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti və mükafatları
  • 3 Kitabları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1990-cı illərdə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olmuş, 1990-cı ildə vaxtından 6 ay öncə müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Füzuli Bayat 1997-ci ildə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.[3]

1993-1995-ci illərdə "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olmuş, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışmış, ensiklopediyanın hazırlanmasında və məqalələrin yazılmasında iştirak etmişdir. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində çalışmışdır. 2003-cü ildən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olmuş, 2012-ci ildə isə "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Elmi fəaliyyəti və mükafatları

redaktə

Füzuli Bayat 18 iyun 2005-ci ildə Hüseyn Qazi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən "Türk Kültür ve Bilimine Hizmet Ödülü"nə layiq görülmüşdür. 6 May 2006-cı ildə elmi əsərlərin birinciliyinə görə Türk Ocaqları Baş icraçı direktoru tərəfindən "Prof. Dr.Osman Turan Başarı Ödülü" almışdır.[4] 2007-ci ildə Samsun səhərində Şamanlıqla bağlı verilən çoxsaylı panel və konfranslara görə Ülkü Ocaqları tərəfindən mükafatla təltif olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Azərbaycan folklorunun tədqiqi və təbliği sahəsindəki çoxillik səmərəli elmi fəaliyyətinə görə Füzuli Gözəlov Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı rəyasət heyətinin qərarı ilə 4 oktyabr 2012-ci ildə Füzuli Bayat "Azərbaycan Bayrağı" mükafatı ilə təltif olunmuşdur.

Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərinin qorunmasında, gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ortaq türk ədəbiyyatı, müasir folklor sahəsində apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, türk xalqlarının müasir folklor tarixinin elmi araşdırılmasında göstərdiyi xidmətinə görə 2015-ci ildə "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.

Füzuli Bayat Tükiyədə indiyə qədər işləyən xarici vətəndaşlar içində ən çox elmi əsərləri olan tədqiqatçı hesab edilir. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan başda olmaqla bir çox ölkələrdə 80-dən çox beynəlxalq simpoziumlarda, konfranslarda, qurultaylarda məruzə ilə iştirak etmişdir.

Füzuli Gözəlov Azərbaycan folklorunun və ədəbiyyatının təbliği, yayılması ilə bağlı da böyük işlər görmüşdür. O, Türkiyənin bir çox televiziya kanallarında Azərbaycan mədəniyyəti, folkloru ilə bağlı verilişlərdə iştirak etmiş, Azərbaycan televiziya kanallarında çoxsaylı verilişlərə qatılmış, "Klassik irsimizdən" verilişinin aparıcısı olmuş, hazırda İctimai TV-də "El sənəti" proqramının aparıcısıdır.

Füzuli Bayat, bu günə qədər 10 magistr və 8 fəlsəfə doktorunun dissertasiyasına rəhbərlik etmişdir.

Kitabları

redaktə

Füzuli Bayat 56 kitabın, o cümlədən, 45 monoqrafiyanın, 13 tərcümə və tərtib kitablarının və 200-dən çox elmi məqalənin müəllifidir.    

  1. Oğuz Epik Enenesi ve Oğuz Kağan Dastanı. Bakı: Sabah Neşriyatı, 1993
  2. Şaman Efsaneleri ve Söylemeleri. Bakı: Yazıcı Neşriyatı, 1993 (C. Memmedov ile birlikte)
  3. Zaman Zaman İçinde, Türk Halklarının Nağılları. Bakı: Yazıcı Neşriyatı, 1993
  4. Ali Şir Nevai Hakkında Rivayetler. Bakı: Yazıcı Neşriyatı, 1994
  5. Şah Abbasın Arvadı. Bakı: Yazıcı Neşriyatı, 1996
  6. Hoca Ahmet Yesevi ve Halk Sufizminin Bezi Problemleri. Bakı: Ağrıdağ Neşriyatı 1997
  7. H.Koroğlu, Oğuz Kahramanlık Eposu. Bakı: Yurd, 1999 (Tercüme A. Emrahoğlu, P. Alioğlu, Ş. Ahmedova birlikte)
  8. Korkut Ata. Mitolojiden Gerçekliğe Dede Korkut. Ankara: KaraM, 2003
  9. Köroğlu. Şamandan Aşıka, Alptan Erene. Ankara: Akçağ, 2003
  10. Türk Dili Tarihi. Başlangıçtan Günümüze Kadar Türk Dili, Ankara, 2003, 2. Basım, Çorum: KaraM, 2006
  11. Türk Şaman Metinleri. Efsaneler ve Memoratlar. Ankara: Piramit, 2004, 2. Basım, Ankara: 3ok, 2005; 3. Basım İstanbul: Ötüken, 2019; 5. Basım Ötüken 2021; 6. Basım Ötüken, 2022
  12. Mitolojiye Giriş. Çorum: KaraM, 2005, 2. Basım İstanbul: Ötüken, 2007, 3. Basım Ötüken, 2010, 4. Basım Ötüken, 2013, 5. Basım Ötüken, 2016; 6. Basım Ötüken, 2017; 7. Basım Ötüken, 2019; 8. Basım Ötüken, 2021, s.148
  13. Ay Kültünün Dini-Mitolojik Sisteminde Türk Boy Adları Etimolojisi. Ankara: 3ok, 2005
  14. Ana Hatlarıyla Türk Şamanlığı. İstanbul: Ötüken, 2006; 2. Basım Ötüken, 2009; 3. Basım Ötüken, 2013; 4. Basım Ötüken, 2015; 5. Basım Ötüken, 2017; 6. Basım Ötüken, 2019
  15. Oğuz Destan Dünyası. Oğuznamelerin Tarihi, Mitolojik Kökenleri ve Teşekkülü. İstanbul: Ötüken, 2006, 2. Basım Ötüken, 2013
  16. Türk Mitolojik Sistemi. Ontolojik ve Epistemolojik Bağlamda Türk Mitolojisi, Cilt: 1. İstanbul: Ötüken, 2007, 2. Basım Ötüken, 2011, 3. Basım Ötüken, 2015, 4. Basım Ötüken, 2017; 5. Basım Ötüken, 2020; 6. Basım Ötüken, 2022
  17. Türk Mitolojik Sistemi. Kutsal Dişi – Mitolojik Ana, Umay Paradigmasında İlkel Mitolojik Kategoriler – İyeler ve Demonoloji, Cilt: 2. İstanbul: Ötüken, 2007, 2. Basım Ötüken, 2012; 3. Basım Ötüken, 2016; 4. Basım Ötüken, 2018; 5. Basım Ötüken, 2021, 6. Basım, İstanbul: Ötüken, 2024, 360 s.
  18. Eski Türkçe Sözlük. İstanbul:Yalın Yayıncılık, 2008; 2. Baskı İstanbul: Ötüken, 2020 (M.Esen Aliyeva ile birlikte)
  19. Orta Türkçe Sözlük. İstanbul: Yalın Yayıncılık, 2008; 2. Baskı İstanbul: Ötüken, 2020
  20. Büyük Türk Bilgini ve Ansiklopedisti Kaşgarlı Mahmut. İstanbul: Ötüken, 2008, 2. Basım Ötüken, 2014; 3.Basım Ötüken, 2020
  21. Türk Destancılık Tarihi Bağlamında Köroğlu Destanı (Türk Dünyasının Köroğlu Fenomenolojisi). İstanbul: Ötüken, 2009; 2. Basım Ötüken, 2016, 204 s.; 4. Basım Ötüken, 2022, 228 s.
  22. Türk Kültüründe Kadın Şaman. İstanbul: Ötüken, 2010, 2. Basım Ötüken, 2012, 3. Basım Ötüken, 2015; 4. Basım Ötüken, 2017; 5. Basım Ötüken, 2018; 6. Basım Ötüken, 2019; 7. Basım Ötüken, 2020; 8. Basım, İstanbul: Ötüken, 2022, 183 s.; 9. Basım, İstanbul: Ötüken, 2023; 10. Basım, İstanbul: Ötüken, 2024
  23. Folklor haqqında yazılar (Nəzəri məsələlər). Bakı: Elm və təhsil, 2010
  24. Dər Amadi bər Osturaşinasi (Ostureşinaseyi Torkan), (Mutercim Kazım Abbasi). Təbriz: Yaran, 1390 (2011)
  25. Zahirəddin Məhəmməd Babur, Baburnamə. Bakı: Avrasiya Press, 2011
  26. Türk Təkkə (Təsəvvüf) Ədəbiyyatı, Bakı: Elm və təhsil, 2011
  27. “Koroğlu” dastanının mənşəyi, Bakı: Elm və təhsil, 2012 (Hatire Beşirli ile birlikte)
  28. Folklor dərsləri, Bakı: Elm və təhsil, 2012; Folklor dərsləri. Yenidən işlənmiş ikinci nəşr. Bakı: Çıraq, 2018
  29. Övliya mənkabələri və ya türk dərvişlərinin kəramətləri. Bakı: Elm və təhsil, 2013
  30. Masallı folklor örnəkləri, 1-ci kitab. Bakı: Elm və təhsil, 2013 (Toplama, tərtib və giriş məqaləsi)
  31. Azərbaycan folkloru və yazılı ədəbiyyat, Bakı: Elm və təhsil, 2013 (Xatirə Bəşirli ilə birlikdə)
  32. Charles Perrault (Şarl Perro), Sadədil anamın nağılları. Bakı: Nurlan, 2013 (Tərcümə və giriş məqaləsi)
  33. Kərbəla folkloru. Məhərrəmlik rituallarından Şəbih meydan tamaşalarına. Bakı: Elm və təhsil, 2014
  34. Mitten Tarihe, Sözden Yazıya Dede Korkut Oğuznameleri. İstanbul: Ötüken, 2016; 2. Basım Ötüken, 2018
  35. Kadim Türklerin Mitolojik Hikayeleri. İstanbul: Ötüken, 2017; 2. Basım Ötüken, 2017; 3. Basım Ötüken 2017; Gözden geçirilmiş ve genişletilmiş 4.Basım Ötüken, 2019; 6. Basım Ötüken, 2021, 256 s. 10. Basım. İstanbul, Ötüken, 2024
  36. Qarabağ Xalq Oyunları və Meydan Tamaşaları. Bakı: Elmin inkişafı fondu, 2017 (M.İmanov, İ.Rüstəmzadə, T.Orucov, E.Abbasovla birlikdə)
  37. Şamandan Səmazənə Oyun və Oyunçu. Bakı: Elm və təhsil, 2017
  38. Türk Kültüründe Deli ve Delilik. İstanbul: Ötüken, 2018, 2. Basım, İstanbul: Ötüken, 2023, 3. Basım, İstanbul: Ötüken, 2024, 262 s.
  39. Halay (Fəlsəfi Qaynağı və Özəllikləri). Bakı: Elm və təhsil, 2018
  40. Структура Волшебных Сказок (На Основе Материалов Азербайджанских Волшебных Сказок), Казань: Министерство Культуры Республики Татарстан Республиканский Центр Развития Традиционной Культуры, 2018
  41. Oğuz Dünyasının Epik Qanunları və Qəhrəmanın Bioqrafiyası. Bakı: Elm və təhsil, 2019
  42. Qaçaq Folkloru. Sosial-İqtisadi və Siyasi-Mədəni Kontekstdə. Bakı: Elm və Təhsil, 2019
  43. Türk dünyasının velayet sahibi bilgesi Korkut Ata. İstanbul: Ötüken, 2020
  44. Qissədən Əfsanəyə, Yazıdan Sözə. Folklorlaşan Ulul-Əzm Peyğəmbərlər. Dini Folklor 1. Bakı: Elm və Təhsil, 2021, 230 s.
  45. Türk Şaman Mitolojisinin Teonimleri, İstanbul: Ötüken, 2022, 248 s.
  46. Türk İnanç Paradigmasında Kültler. İstanbul: Paradigma Akademi Yayınları – Uluslararası Yayın Evi, 2023 (Çağla Cama ile birlikte)
  47. Profandan Qutsala, Tarixdən Mifə Folklorlaşan Bəni-İsrail Peyğəmbərləri. Dini Folklor 2. Bakı: Elm və Təhsil, 2023, 200 s.
  48. Şamanın Son Haykırışları: Türk Neo - Şamanlığı. İstanbul: Ötüken Neşriyat, 2024, 262 s.
  49. Masallı folklor örnəkləri, 3-cü kitab. Bakı: Elm və təhsil, 2023, 352 s. (Toplama, tərtib və giriş məqaləsi)
  50. Halk Edebiyatı El Kitabı. Ankara: Akçağ, 2023, 732 s. (Editör ve yazar)
  51. Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan’ın 70. Yaşına Özel Armağan. Çanakkale: PA Paradigma Akademi Yayınları, 2023, 484 s. (Editör ve yazar)
  52. Türk-İslami Gelenekte Şamanlık. İstanbul: Ötüken Neşriyat, 2024, 331 s.
  53. Dini-Mifoloji Konteksdə Kosmoqoni və Esxatoloji Miflər (Əvvəl Zamanla Axırzaman Qissələrinin Folklorlaşması). Dini Folklor 3. Bakı: Elm və Təhsil, 2024, 198 s.
  54. Gaziantep Folkloru. Konya: Palet Yayınları, 2025, 440 s.
  55. Sivas Halk Kültürü Araştırmaları. Çanakkale: PA Paradigma Yayınları, 2025, 277 s. (Editör ve yazar)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bayat, Fuzuli // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ "Gözəlov (Bayat) Füzuli Xeyrulla oğlu" (az.). science.gov.az. 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  3. ↑ "Prof. Dr. Fuzuli Bayat (1958 - .... )" (türk). kimkimdir.gen.tr. 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  4. ↑ "FÜZULİ BAYAT" (az.). folklor.az. 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.

Xarici keçidlər

redaktə
  • Fuzuli Bayat - Yazarın kitapları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Füzuli_Bayat&oldid=8233322"
LOVE.AZ