Hacı Zülqədər Zülfüqarovun evi — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi.
Hacı Zülqədər Zülfüqarovun evi | |
---|---|
![]() | |
41°12′12″ şm. e. 47°11′37″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Şəki |
Yerləşir | Gənclər küçəsi, 21 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4996-8 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Bina 1897-ci ildə[1] Şəkidə yaşayan ipək taciri Hacı Zülqədər Zülfüqarov tərəfindən Şəki qala divarlarının cənub qərb hissəsində tikdirilib.[2][3] Binanın üzərində konkret tikinti tarixi qeyd olunmayıb.[4] Şəkiyə xas Azərbaycan memarlıq üslubunda inşa edilmiş mülk[5] 3 mərtəbəlidir və 28 otaqdan ibarətdir.[2] Ev mailli ərazidə inşa olunduğu üçün ön fasadda üç, arxa fsadda isə iki mərtəbəlidir. Binanın küçəyə açılan qapısı oyma naxışlı 6 xonçalıdır. Binanın tikintisində qaya daşı və bişmiş kərpicdən istifadə olunub.[4]
Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra 1926–1928-ci illərdə Zülfüqarovların mülkləri müsadirə olunub.[6] Zülqədər Zülfüqarovun evi müsadirə edildikdən sonra Şəki İcraiyyə Komitəsinin Rəyasət Heyətinin qərarı ilə əvvəlcə qızlar seminariyası və teatr binası kimi istifadə olunub. 1930-cu ilin oktyabr ayında Xalq Maarif Komissarlığının əmri ilə binada 2 nömrəli Nuxa uşaq evi təşkil olunub. Uşaq evinə Badisəba xanım Köçərli direktor təyin olunub.[2][7][8] Badisəba xanım ömrünün sonunadək bu uşaq evinə rəhbərlik edib.[9]
2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[10] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[11]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra da, binada uşaq evi fəaliyyət göstərib.[12] 2018-ci ildə uşaq evi üçün yeni bina tikildiyinə görə bina boşaldılıb. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[13][14]
2023-cü ildə İtaliya Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti və Milan Politexnik Universiteti ilə birgə Şəkidə Zülfüqarovun evində "Dizayn və memarlıq" fakültəsinin açılışı elan olunub.[15][16]