. Love.az

Horadiz Belediyyesi - Wikipedia - Love.az

Ana Səhifə - Horadiz Belediyyesi
Bu adın digər istifadə formaları üçün bax: Horadiz (dəqiqləşdirmə).

Horadiz bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Horadiz bələdiyyəsi
Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz bələdiyyəsi
Ölkə
  •  Azərbaycan
Daxildir Füzuli rayonu
İnzibati mərkəz Horadiz
Bələdiyyə sədri Nəbiyev Tural Nəbi oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Sahəsi
  • 578 ha
Əhalisi
Əhalisi
  • 7.680 nəf. (2025)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60626007
Bələdiyyə ödənişləri üçün vergi kodu 7513
VÖEN 7500120871
Telefon kodu 994 26
Avtomobil nömrəsi 19
Rəsmi sayt
[email protected], https://www.facebook.com/profile.php?id=100042681463646

Mündəricat

  • 1 Tarixi
  • 2 Mərkəzi və ərazisi
  • 3 Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar
  • 4 İstinadlar

Tarixi

redaktə

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının[1] "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Horadiz bələdiyyəsi olub.

1999 - 2020 ci illərdə Horadiz bələdiyyəsi təmas xəttində yerləşib və ərazisi daim atış altında olub. Bu səbəbdən Bələdiyyə ərazisində torpaq islahatı aparılmayıb.

04.04.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 1-ci Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunun[2] 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[3] təsdiq olunmuş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnamə"yə əsaəsn "Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurası" Horadiz şəhərində yaradılmış və Füzuli rayonunda fəaliyyət göstərən bütün bələdiyyələr həmin Şuraya üzv olmuş, Horadiz bələdiyyəsinin sədri eyni zamanda Şura sədri seçilmişdir.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[5] və İmişli Regional Ədliyyə İdarəsi[6] həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının[8] üzvü olmuşdur.

23.10.2007-ci il tarixli 468-IIIQ nömrəli Qanunla[9] Füzuli rayonunun "Əhmədalılar kənd inzibati ərazi dairəsi tərkibindəki Əhmədalılar kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 31,0 (otuz bir) ha, Arayatlı kənd inzibati ərazi dairəsi tərkibindəki Mollaməhərrəmli kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 37,0 (otuz yeddi) ha, Qarakollu kənd inzibati ərazi dairəsi tərkibindəki Qarakollu kəndi ərazisinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan hissəsindən 122,0 (yüz iyirmi iki) ha, Pirəhmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Rəfədinli kəndi ərazisindən 35,0 (otuz beş) ha və Qış otlaq fondunun 50 h №-li hissəsinin Horadiz qəsəbəsi ilə həmsərhəd olan 117 (yüz on yeddi) ha torpaq sahəsi əlavə edilmiş xəritəyə uyğun olaraq Horadiz qəsəbəsinin inzibati ərazisinə" verilib, "Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu" verilib, "Horadiz qəsəbə inzibati ərazi dairəsi Horadiz şəhər inzibati ərazi dairəsi hesab" edilib.

01.04.2008-ci il tarixli 586-IIIQD nömrəli Qanunla[10] "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunda 13-cü sırada "Horadiz bələdiyyəsi" sözlərinin qarşısındakı "Horadiz qəsəbəsi" sözləri "Horadiz şəhəri" sözləri ilə əvəz edilmişdir. Bundan sonra Horadiz bələdiyyəsi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının[8] üzvü olmuşdur.

2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[5] və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir[6].

28.04.2025-ci il tarixli 03 nömrəli Protokolunun[2] 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilib.

Mərkəzi və ərazisi

redaktə

Nizamnaməsinin[2] 1.5-ci bəndinə əsasən Bələdiyyənin məkəzi Horadiz şəhərində yerləşir.

Həmin Nizamnaməyə əsasən Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin adı[1] VÖEN[11] Bələdiyyə ödəyicisi üçün vergi kodu[12] Bələdiyyənin statistik kodu[13] İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu[14] İnzibati ərazi vahidinin adı[1] İƏV statistik kodu[14]
Füzuli rayonunun Horadiz bələdiyyəsi 7500120871 7513 60626007 Horadiz şəhər iəd 60626005 Horadiz şəhəri 60626014

Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir:

Horadiz kənd iəd 60610005 Horadiz kəndi 60610018
Dördçinar kəndi 60610028
Hüngütlü kəndi 60610038

2025-ci ilin məlumatına görə bələdiyyənin ərazi 578 hektar, əhalisi 7680 nəfər, təsərrüfat sayı isə 2230 ədəddir.

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar

redaktə

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[4] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi)[5] və və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir[6].

"Bələdiyyə qulluğu haqqında" Qanuna[15] uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[16].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-28.
  2. ↑ 1 2 3 Hüquqi Aktların Dövlət Reyestri. "Füzuli rayonunun Horadiz bələdiyyəsinin Nizamnaməsi". e-qanun.az (az.). İstifadə tarixi: 2025-06-03.
  3. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). İstifadə tarixi: 2024-11-28.
  4. ↑ 1 2 3 Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Qanun". e-qanun.az (az.). 2024-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  5. ↑ 1 2 3 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Bələdiyyələrlə iş baş idarəsi". www.justice.gov.az. İstifadə tarixi: 2025-03-18.
  6. ↑ 1 2 3 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. "Regional ədliyyə idarələri". www.justice.gov.az. 2025-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  7. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə Qanun". e-qanun.az (az.). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  8. ↑ 1 2 "ABMA". https://abma.gov.az/az/abma/nizamname (az.). 2025-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-07-18.
  9. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanun, 2007". e-qanun.az (az.). İstifadə tarixi: 2025-07-18.
  10. ↑ Hüquqi Aktların Dövlət Reyestri. ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Qanun". e-qanun.az (az.). 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-28.
  11. ↑ "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi". new.e-taxes.gov.az (az.). 2025-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-03.
  12. ↑ Vergilər Nazirliyinin 13.05.2015-ci il tarixli 1517040100655900 Əmri. "Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslərin uçota alınması üçün bələdiyyələr üzrə müəyyən edilmiş kodların siyahısı". Taxes.Gov.Az (az.). 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-03.
  13. ↑ Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2025-ci il 19 mart tarixli 3/2 nömrəli Qərarı. "Bələdiyyələrin Statistik Ərazi Təsnifatı, 2025" (PDF). 2025-06-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-07-18.
  14. ↑ 1 2 "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024" (PDF) (az.). 2024-06-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-07-18. (#first_missing_last)
  15. ↑ Hüquqi Aktların Dövlət Reyestri. "Bələdiyyə qulluğu haqqında Qanun". e-qanun.az (az.). 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-03-18.
  16. ↑ Bələdiyyələrlə iş elektron informasiya sistemi. "Füzuli rayonu üzrə bələdiyyələr". belediyye.gov.az (az.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Horadiz_bələdiyyəsi&oldid=8248809"
LOVE.AZ