I Robert (it. Roberto Carlo Luigi Maria; 9 iyul 1848[1][2], Florensiya – 16 noyabr 1907[1][2], Lukka, Toskana) — son Parma və Piaçensa hersoqu.[3][4][5][6][7][8]
I Robert | |
---|---|
it. Roberto I Carlo Luigi Maria | |
![]() | |
27 mart 1854 – 9 iyun 1859 | |
Əvvəlki | III Karl |
Sonrakı | - |
9 iyun 1859 – 16 noyabr 1907 | |
Əvvəlki | - |
Sonrakı | Burbon-Parmalı Henri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyul 1848(1848-07-09)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1907(1907-11-16)[1][2] (59 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Karl |
Anası | Artualı Luiza (Parma hersoginyası) |
Həyat yoldaşları |
|
Uşaqları | |
Təltifləri |
![]() |
![]() |
1848-ci ildə Florensiyada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu II Karlın varisi Burbon-Parmalı Karl, anası isə Berri hersoqu Karl Ferdinandın qızı Artualı Luizadır. Atasının 1849-cu ildə Parma taxt-tacına sahiblənməsiylə, hələ 1 yaşında ikən Parma taxt-tacının varisi oldu. Ancaq atasının sui-qəsd nəticəsində öldürülməsinin ardından hələ 6 yaşında ikən taxta çıxarıldı. Yaşının az olması səbəbilə anası naibə olaraq dövlət idarəsini əlinə aldı. Cəmi 5 il davam edən səltənəti, İtaliyanın birləşdirilməsi çərçivəsində sonlandı. Belə ki, Parma hersoqluğu rəsmi şəkildə ləğv edildi və yeni yaradılan Birləşmiş İtaliya dövlətinə ilhaq olundu.
Taxtını itirməsinə baxmayaraq, Robert və ailəsinin külli miqdarda şəxsi sərvəti vardı. Bu sərvətlə qalan həyatını müxtəlif Avropa saraylarını gəzərək yaşadı. 16 noyabr 1907-ci ildə Viareccoda vəfat etdi. Ölümündən 4 ay sonra, dul xanımı İnfanta Mariya Antoniya onun ilk evliliyindən doğulan 6 uşağını ciddi əqli problemləri olduğu üçün mirasdan məhrum etdi.
5 aprel 1869-cu ildə Romada sürgündə ikən İki Siciliya kralı II Ferdinandın qızlarından Mariya Pia ilə evləndi. Cütlüyün bu nigahdan 12 övladı olsa da, bunlar üçü körpə ikən öldü. Digər dördü isə əqli xəstə idi. İlk xanımı 1882-ci ildə son övladının doğuşunda vəfat etdi.
15 oktyabr 1884-cü ildə Portuqaliya kralı I Miquelin qızlarından İnfanta Mariya Antoniya ilə evləndi. Cütlüyün bu nigahdan da 12 övladı dünyaya gəldi.