Həsənov Kamal İltifat oğlu - Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı.[1]
Həsənov Kamal İltifat oğlu | |
---|---|
Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (67 yaş) |
Doğum yeri | Cəbrayıl |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
cabrail-ih.gov.az/az/icr… |
02 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olub.
1978- ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, İqtisadçı ixtisasına yiyələnib.
1978–ci ildən “Azərrabitətikinti” trestinin 6 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstəsində İqtisadçı kimi əmək fəaliyyətinə başlayıb.
1978-1980-ci illərdə hərbi xidmətdə olub.
1980-1981-ci illərdə Cəbrayıl rayon Aqrar İstehsalat Birliyində təftişçi-mühasib, 1981-1989-cu illərdə Azərbaycan Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Cəbrayıl rayon Komitəsində təlimatçı, şöbə müdiri vəzifəsində işləyib.
1989-1991-ci illərdə Cəbrayıl rayon Xalq Depultatları Sovetinin İcraiyyə Komitəsində Sosial-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.
1991-1993-cü illərdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifəsində işləyib.
1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə heyətinin sədr müavini, Sədr, Şuranın məsul katibi vəzifələrində işləyib.
1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016-cı il tarixli 1954 nömrəli Sərəncamı[2] ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub.