Kimberli Ann Possibl (ing. Kim Possible) — "Kim Possibl" serialının baş qəhrəmanı.
Kim Possibl | |
---|---|
ing. Kim Possible | |
![]() | |
Yaradan | Bob Şuli |
Canlandıran | Kristi Karlson Romano[1] |
Məlumat | |
Cinsi | qadın[d] |
Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş vaxtında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarmağa çalışır. Onun yaşıl gözləri və qırmızı uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır. Vəzifədəykən ilk üç mövsümdə tünd yaşıl şalvar geyir. 4-cü mövsümdə isə şalvarı qəza nəticəsində kəsilir və buna bənzər bir paltar tapa bilmədiyi üçün paltarını dəyişdirir. Kim Possibl ilk 3 mövsümdə çox adama aşiq olur, amma hamısı qısa sürər. Üçüncü mövsümdən başlayaraq Kim Possibl və Ron aralarında sevgi münasibəti yaranır. Sonda onlar birgə ailə həyatı qururlar.