Knyovenagel reaksiyası — aldehidlərin və ya ketonların, əsas birləşmələri iştirakı ilə kondensləşməsidir. Reaksiya alman kimyaçısı Emil Knyovenagelin adını daşıyır. Bu reaksiya məşhur Perkin reaksiyası ilə eyni modifikasiyadadır və oxşar mexanizm üzrə gedir. Reaksiyanın birinci mərhələsi nukleofil birləşmə mexanizmi ilə gedir: birinci və ikinci növ amin əsasları aktiv olan metilen qrupundan proton ayırır. Əmələ gələn karbon ionu aldehid və ya ketonun karbonil qrupuna təsir edir və nəticədə su molekulları əmələ gəlir (Ona görə bu reaksiya Knyovenagel kondensasiyası). Adlanır. Nəticədə reaksiya məhsulu olaraq α , β gərginləşmiş ionlar alınır.
Burada Z-Hətta zəif əsasın ştirakında deprotonasiyanı asanlaşdırmaq üçün güclü olan elektoakseptor qrupdur. Qüvvətli əsasın katalizator kimi iştirakı arzuedilməzdir. Çünki bu aldehid və ya ketonun özünükondensləşməsinə səbəb olur. Knyovenagel reaksiyası aralıq bir mərhələ olaraq piridinin Hanç reaksiyasına görə sintezi, Hevald reaksiyası və Feyst-Benar sintezi kimi reaksiyalara daxildir. Bu reaksiya sayəsində zəhərli yasəmən qazı kəşf edildi.
Knyovenagel reaksiyasının parlaq bir nümunəsi, 2-metoksibenzaldehid 1-in etanoldakı N ', N-dietilbarbiturik turşu 2 ilə əsas olaraq piperidin iştirakı ilə reaksiyasıdır [6]. Reaksiya nəticəsində əmələ gələn enone 3 bir yük ötürmə kompleksidir.
Knyovenagel reaksiyasından molyariyaya qarşı pereparat olan lyumefantrin istehsalında istifadə edilir (Koatrem koponenti)[7]:
Nümunə olaraq, çoxkompanentli reaksiya üçün tsikloheksandan mikrodalğalı sintez- malonitril və 3-amino-1,2,4-triazol[8] göstərmək olar: