. Love.az

Muharibe Dehseti Foto - Wikipedia - Love.az

Ana Səhifə - Muharibe Dehseti Foto

Xalq arasında Napalm qızı kimi tanınan Müharibə Dəhşəti, [1] 8 iyun 1972-ci ildə çəkilmiş bir fotoşəkildir. Bu şəkildə, çılpaq 9 yaşlı Fan Thi Kim Fuk adlı qızın, Cənubi Vyetnam HHQ-nin endirdiyi napalm zərbəsindən kameraya doğru qaçması təsvir olunub.[2] Bu zərbə yaxınlıqdakı Şimali Vyetnam qoşunlarının mövqeləri əvəzinə səhvən Cənubi Vyetnamın Tranq Banq kəndinə dəyib. Bu, Vyetnam müharibəsinin ən məşhur görüntülərindən, çəkilmiş şəkillərindən biri və ümumilikdə müharibənin günahsız qurbanlara təsirinin ittiham aktı kimi qəbul edilir.[3]

Bələdiyyə sədri Samkalden World Press Photo sərgisinin açılışını edir və mükafatları təqdim edir
Nik Ut mətbuat ilə söhbət edir (fraqment)

Fotoqraf Nik Ut fotonu Associated Pressə (AP) satmışdır. O, əvvəlcə şəkli çəkən fotoqraf kimi qeyd edilmiş və "World Press Photo of the Year (İlin dünya mətbuatı fotosu)" da daxil olmaqla bir neçə mükafat almışdır. Stringer (2025) sənədli filmi stringer Nquyen Thanh Nqhenin (vyetn. Nguyễn Thành Nghệ) şəkli çəkmiş ola biləcəyi ehtimalını araşdırdıqdan sonra həm AP, həm də World Press Photo öz araşdırmalarını aparmişlar. Fotonun məhz kim tərəfindən çəkilməsi ilə bağlı hər iki araşdırma nəticə verməmişdir. Fotonun Ut, Nqhe və ya hərbi fotoqraf Hunq tərəfindən çəkildiyi ilə bağlı məsələ qeyri-müəyyən qalmışdir. AP müəlliflik hüququnu Uta verməkdə davam edir, World Press Photo isə müəllifi naməlum hesab edir.

İstinadlar

redaktə
  1. ↑ Gillespie, 2018. Recker, 2022. Singh, 2022. Also sometimes referred to by its original title Accidental Napalm Attack (Westwell, 2011; Gillespie, 2018) or without the definite article as Terror of War (OPC, n.d.; Griffin, 1999; Chu, 2015).
  2. ↑ "Authorship attribution suspended for 'The Terror of War' photograph | World Press Photo". www.worldpressphoto.org. İstifadə tarixi: 2025-07-10.
  3. ↑ "World Press Photo twijfelt over wie iconische Vietnamfoto maakte". NOS (holland). May 16, 2025. İstifadə tarixi: May 16, 2025. Het werd een van de bekendste afbeeldingen van de Vietnamoorlog en een aanklacht tegen de gevolgen van oorlog voor onschuldige slachtoffers in het algemeen.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müharibə_dəhşəti_(foto)&oldid=8237613"
LOVE.AZ