Bu, Sarasadat Xademəlşəriyə məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Qadın şahmatçı, kişilər arasında yer tutub? mənbə əlavə edin zəhmət olmazsa, məqalənin digər dillərdəki versiyasında belə məlumata rast gəlmədim. Geri qaytarmaqdansa, mənbə təklif edin.HulaguKaan (müzakirə) 19:58, 20 mart 2019 (UTC)Cavabla
Onun haqqında bir qədər baxdım, belə başa düşürəm ki, siz IM - Beynəlxalq dərəcəli Şahmat Ustası və ya Beynəlxaq Qrossmeyster ifadəsini səhvən "kişilər arasında" deyə tərcümə etmisiniz. HulaguKaan (müzakirə) 05:22, 21 mart 2019 (UTC)Cavabla
Siz yenə də məni düzgün anlamırsınız və yenə hansısa şahmatçı qadından nümunə gətirirsiniz. Burda məsələ kimin titul qazanması deyil. Titulun adının düzgün tərcüməsidir. "Qadın şahmatçının WIM yox IM olması onun kişilər arasında beynəlxalq usta olması anlamına gəlir. Qısası bilin ki, IM titulu, yəni W-siz, kişilər arasında anlamına gəlir." iddialarınız üçün qaynaq təklif edin. IM titulunun "kişilər arasında beynəlxalq usta" kimi tərcümə edildiyinə dair qaynaq.
Halbuki, IM olduqda titulu sadəcə olaraq "Beynəlxalq usta" kimi demək kifayət edir. Elə göndəriyiniz vikipediya "FIDE Titles" səhifəsində belə deyilir "Open titles may be earned by all players, whilst the women's titles are restricted to female players. A strong female player may have a title in both systems." Bəlkə siz rus dilindən hərfi tərcümə edirsiniz. Amma hər halda məlumat açıq yazılıb.HulaguKaan (müzakirə) 18:36, 22 mart 2019 (UTC)Cavabla
Nicat49, əvvəla vaxtımı nəyə xərcləyəcəyimə mən qərar verirəm. Vaxtınızı itirmək istəmirsinizsə, zəhmət çəkib başqa işlə məşğul ola bilərsiniz. Lap bircə hərf belə redakte eləməyimə bu layihənin yaradıcısı təşəkkür edərkən, siz kimsiniz ki, mənim redaktelərimi kiçimsəyirsiniz. Bu sözünüzün dəyəri heçdir mənim üçün. Mənim məqsədim sizlə qisasçılıq olsa idi, bunu real həyatda edərdim. Halbuki, sizi tanımıram, mənim üçün virtual varlıqdır sadəcə sizin vikipediya hesabınız. Əqli-psixoloji vəziyyətim yerindədir, sizə kin bəsləmirəm. Sadəcə xatırladıram ki, sizin az-vikipediyada administrativ səlahiyyətləriniz sizi heç vaxt haqlı çıxartmayacaq. Sizin bu səlahiyyətdən hədə-qorxu, blok niyyətiylə istifadə etməyiniz sizin gələcək seçimlərdə səlahiyyətdən məhrum olmağınıza gətirib çıxardacaq. Hansısa bir istifadəçini sizin səhv sözləriniz ucbatından proyektdən uzaqlaşması sizə başucalığı gətirmir, hətta vikipediya ailəsi üçün zərərlidir. Bunu bir xatırlatma kimi qəbul edin.
Yuxarıdakı müzakirədə rus dilində olan mətnləri təkrar təkrar qaynaq kimi istifadə edirsiniz. "Futbol+" qəzetini bizim etibarlı mənbə saymamağımız onu həqiqətən etibarsız etmədiyi kimi, sizin etibarlı mənbə saymağınız da onu həqiqətən etibarlı mənbə etmir. Ən azından bu kimi texniki məsələlərdə. IM titulunun Azərbaycan dilində tərcüməsi tamamiylə texniki bir məsələdir. Bunun şahmatı bilmək-bilməməklə əlaqəsi yoxdur. Hansısa bir gedişə şahmatçılar öz aralarında nəsə də deyə bilər, bu rusca da ola bilər, məlum səbəblərdən. Amma yazılı olaraq buna təkbaşına şahmatçılar, şahmatoynayanlar və şahmatsevərlər qərar vermir. Buna linqvistlər də müdaxil ola bilir. Linqvistika demişkən, sevə sevə isnad etdiyiniz Azərbaycan Şahmat Federasiyasının rəsmi səhifəsində "şahmat" əvəzinə "şaxmat" yazılıb, indi duraq Şahmat məqaləsinə əlavə edək ki, "şaxmat" da deyilir? Mənbə kimi də rəsmi səhifəni qoyaq? Bir səhvi təkrarlamaq, o səhvə isnad etmək nə qədər düzgündür. Uzun Həsən məqaləsində (yəqin ki oxumamısınız) səhvən Həsən ağanın portretinin Uzun Həsən adına istifadə edildiyi, hətta dövlətin bu səhvi təkrar edərək poçt markası düzəltdiyini məgər bilmirsiniz? Görünür siz özünüz qərəzli profilə sahibsiniz, hər kəsi özünüz kimi zənn edib, başqası haqqında da qərar verərkən tələsirsiniz.
Nə vaxtdan etibarən "ətrafınızdakı dost-tanış şahmatçı" qaynaq hesab edilməyə başlanıb? Biz orijinal ingilis dilindəki mətni Azərbaycan dilinə tərcümə edərkən razılaşa bilmirik, siz durub rusca mətnləri qaynaq kimi təqdim edirsiz? Məntiqi əlaqə yoxdur təklifinizdə.
Amma mən yenə də sizin tövsiyyənizlə, Şahmat Məktəbinin birinə soruşdum bu məsələni. Onlar sizin dediyiniz versiyanın səhv olduğunu bildiriblər, cənab Nicat49. Mən bu cavabla kifatəylənmədim və kitab, müəllif, nəşr ili, səhifəsi kimi detalları soruşdum. Bayramdan sonra yəqin ki, belə qaynaq təqdim etmək mümkün olacaq.
Ümid edirəm ki, öz bəyəndiyiniz versiyanı geri qaytararkən, gözüyumulu geri al etmirsiniz, əlavə edilmiş "bir hərflik redakteləri" yerində saxlayırsınız. HulaguKaan (müzakirə) 08:34, 24 mart 2019 (UTC)Cavabla