Məmməd Sadıq Əliyevin ticarət kontorunun binası və ya Çingiz Mustafayev adına klub — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi.
Məmməd Sadıq Əliyevin ticarət kontorunun binası | |
---|---|
![]() | |
![]() | |
41°12′02″ şm. e. 47°11′32″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Şəki |
Yerləşir | Mirzə Fətəli Axundzadə prospekti, 183 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 1913 |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4996-11 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
![]() |
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Bina 1913-cü ildə[1] ipəkçiliklə məşğul olan tacir Məmməd Sadıq Əliyev tərəfindən tikdirilib.[2] Ticarət kontoru kimi fəaliyyət göstərən bina 3 mərtəbəlidir və çay daşı ilə bişmiş kərpicdən tikilib.[3]
Sovet işğalından sonra binada kinoteatr fəaliyyət göstərib.[3]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra binada Müəllimlər evi fəaliyyət göstərib.[4]
Bina 2006-cı ildə Çingiz Mustafayev adına Fond və "VMF" şirkətinin təşəbbüsü ilə təmir olunub və burada Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adına klub fəaliyyət göstərməyə başlayıb.[1][5] Binada kino zalı, uşaq teatrı, rəsm qalereyası və muzey fəaliyyət göstərir.[1][3] 2019-cu ildə binadakı kino zalı əsaslı təmir olunub və burada kinteatr fəaliyyət göstərməyə başlayıb.[6]
2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[7] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[8]
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9]