Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.[1]
Müstəqilliyin Bərpası Günü | |
---|---|
![]() | |
Rəsmi adı | Müstəqilliyin Bərpası Günü |
Qeyd olunmağa başlayıb | 1991 |
Tarix | 18 oktyabr |
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası dörd gün ərzində müzakirələr aparmışdır. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmişdir.
Həmin vaxt sözügedən Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231-i səs vermişdir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməmişlər.
Qeyd olunan Konstitusiya Aktının 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir". Həmin Konstitusiya Aktı altı fəsil, otuz iki maddədən ibarətdir və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmişdir[2].
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılmışdır və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs vermişdir.
Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilmişdir.