Nemanya Matiç (serbcə: Немања Матић; 1 avqust 1988[1][2], Şabats[d]) İngiltərənin Mançester Yunayted klubunda və Serbiya milli yığmasında forma geyinən serbiyalı müdafiəyə meyilli yarımmüdafiəçidir. O, meydanda öz döyüşkən oyun stili ilə fərqlənən futbolçudur.[4]
Nemanya Matiç | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
serb. Nemanja Matić | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Nemanya Matiç | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 avqust 1988(1988-08-01)[1][2] (36 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 194[3] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 85 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sol | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Lion | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 31 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() |
Matiç peşəkar futbol karyerasına Kolubara klubunda başlamış, 2007-ci ildə Slovakiyanın Koşitse klubuna transfer olmuşdur. O, 2009-cu ildə 1.5 milyon funt-sterlinq qarşılığında İngiltərənin Çelsi klubuna keçmişdir. 2011-ci ilin yanvarında Portuqaliyanın Benfika klubuna transfer olan Matiç, 2013-cü ildə Portuqaliya çempionatının ən yaxşı futbolçusu adına layiq görülmüşdür. Matiç 2014-cü ilin yanvarında 21 milyon funt-sterlinq qarşılığında yenidən Çelsiyə transfer olmuş, burada da bir sıra mükafatlara layiq görülmüş və 2017-ci ilin iyul ayında keçmiş baş məşqçisi Joze Mourinyonun başçılıq etdiyi Mançester Yunayted klubuna transfer olmuşdur.[5]
2008-ci ildə ilk dəfə Serbiya milli yığmasının heyətində debüt edən Matiç indiyə qədər bu millinin heyətində 30-dan çox oyuna çıxmışdır.
Matiçin kiçik qardaşı Uroş da peşəkar futbolçudur. O, hazırda Danimarka çempionu olan Kopenhagen klubunda karyerasını davam etdirir.[6] Matiçin babası əslən makedoniyalıdır. Həmçinin, onun anası da Makedoniyanın Volkoviya kəndindəndir.[7]
Vikianbarda Nemanya Matiç ilə əlaqəli mediafayllar var. |