İqtisadiyyat — həyat rifahi ilə əlaqəli insan fəaliyyəti.
İqtisadiyyat elm kimi — insanın təsərrüfat fəaliyyətini öyrənən ictimai elm sahəsi. İqtisadiyyat iqtisadi agentlərin davranışına və qarşılıqlı fəaliyyətinə və iqtisadiyyatların necə işlədiyinə diqqət yetirir. Mikroiqtisadiyyat iqtisadiyyatda əsas elementlər kimi görünənləri, o cümlədən ayrı-ayrı agentlər və bazarları, onların qarşılıqlı təsirlərini və qarşılıqlı təsirlərin nəticələrini təhlil edir. Fərdi agentlərə, məsələn, ev təsərrüfatları, firmalar, alıcılar və satıcılar daxil ola bilər. Makroiqtisadiyyat iqtisadiyyatı istehsalın, bölgüsünün, istehlakının, yığımının və investisiya xərclərinin qarşılıqlı təsir göstərdiyi bir sistem kimi, eləcə də buna təsir edən amilləri təhlil edir: əmək, kapital, torpaq və sahibkarlıq kimi istehsal amilləri, inflyasiya, iqtisadi artım və dövlət siyasəti, bu elementlərə təsir edən. O, həmçinin qlobal iqtisadiyyatı təhlil etməyə və təsvir etməyə çalışır.
![]() Oyun nəzəriyyəsində Homo economicus çox vaxt mükəmməl rasionallıq fərziyyəsi ilə modelləşdirilir. Burada güman edilir ki, subyektlər həmişə istehlakçı kimi faydalılığı və istehsalçı kimi mənfəəti maksimuma çatdıracaq şəkildə hərəkət edirlər. Onlar bu məqsədlə özbaşına mürəkkəb deduksiyalar həyata keçirə bilirlər. Onlar həmişə bütün mümkün nəticələr üzərində düşünməyə və mümkün olan ən yaxşı nəticəyə gətirib çıxaracaq hərəkət istiqamətini seçməyə qadir olurlar. İnsan davranışına dair bir nəzəriyyə olaraq, bu, koqnitiv qərəzlərini və digər irrasionallıqları araşdıran davranış iqtisadiyyatı anlayışlarına, idrak və vaxt məhdudiyyətləri kimi praktik elementlərin subyektlərin rasionallığını məhdudlaşdırdığını fərz edən məhdud rasionallığa ziddiyyət təşkil edir. |
![]() Adam Smit, həmçinin iş bölgüsü və ixtisaslaşmanın məhsuldarlıq üçün vacib olduğunu vurğulamışdır. O, göstərmişdir ki, işçilərin bir sahədə ixtisaslaşması onların müxtəlif işlərlə məşğul olmasından daha səmərəli olur. Onun bu ideyaları iqtisadi düşüncə və siyasətlərin inkişafında böyük rol oynamış və günümüzdə də əhəmiyyətini saxlayır. |
Nəzəriyyə: İqtisadi nəzəriyyə • Mikroiqtisadiyyat • Makroiqtisadiyyat • Riyazi iqtisadiyyat • Beynəlxalq təşkilatlar • İqtisadi təlim məktəbləri • Oyunlar nəzəriyyəsi
Metodologiya: İqtisadi model • İqtisadi sistemlər • Ekonometrika • Mikroiqtisadiyyat təməlləri • Hesablama iqtisadiyyatı • Giriş-çıxış modeli • Daxili maliyyələşdirmə • İnframarjinal analiz • Marjinal gəlir • Qiymət-performans nisbəti
Tətbiq sahələri: Kənd təsərrüfatı • Biznes • Əhali • İnkişfaq • İqtisadi coğrafiya • İqtisadi tarix • Təhsil • Sənaye mühəndisliyi • Sivil mühəndislik • Ətraf mühit • Maliyyə • Səhiyyə • Sənayenin təşkili • Beynəlxalq
Beynəlxalq təşkilatlar: Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı • İqtisadi Əməkdaşlıq Təşkilatı • Avropa Azad Ticarət Assosiasiyası • Beynəlxalq Valyuta Fondu • İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı • Dünya Bankı • Dünya Ticarət Təşkilatı