İohann Ştraus (alm.Johann Strauss) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriyalı bəstəkar. İohann Ştraus vals musiqisinə gətirdiyi yenilikərlə tanınır. XIX əsrdə Avropadavals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri "Mavi Dunay" valsıdır. Mavi Tuna əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Tuna əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir.
İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrausun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqiçi idi. İohann Ştraus Vals musiqisinin yaradıcılarından hesab olunurdu, onun rəhbərlik etdiyi orkestrlərin verdiyi konsertlər böyük marağa səbəb olurdu.
Aysedora Dunkan (ing.Isadora Duncan, doğum adı Dora Angela Dunkan, ing.Dora Angela Duncan(1877 – 1927) — Qərbdə və Rusiyada Aysedora Dunkan adı ilə tanınmış amerikalı balerina, müasir rəqs sənətinin banilərindən biri. Rusiya şairi Serqey Yeseninin həyat yoldaşı olmuş, 1921—1924-cü illərdə Moskvada yaşamışdır.
Aysedora Dunkan rəqslərində Qədim Yunan plastikasından istifadə edirdi, ayaqyalın oynayırdı.
San-Karlo teatrı (it.Teatro di San Carlo) — İtaliyanınNeapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.