. Love.az

Portal Liberalizm - Wikipedia - Love.az

Ana Səhifə - Portal Liberalizm
[[[:Şablon:Fullurl:]] ] 
framless
framless
Portal:Liberalizm/Giriş
⛭
Vikipediyanın müzakirə və müraciət səhifələri
Ümumi
  • İnzibatçılar
    • müraciət
  • Bürokratlar
    • müraciət
  • İnterfeys inzibatçıları
    • müraciət
  • Botlar
    • istəklər
  • Auto Wiki Browser
    • istəklər
  • Addəyişmə müraciətləri
  • Bərpa üçün namizəd səhifələr
  • İstifadəçi adı dəyişdirmək
  • İstifadəçi hüquqları üçün müraciətlər
  • Silinməyə namizəd səhifələr
    • fayllar
  • Kateqoriya müzakirələri
  • Şablon müzakirələri
    • istəklər
  • Kənd meydanı
    • transliterasiya
  • Yükləmə müraciətləri
  • Yardım masası
İstifadəçi davranışları
  • Təftişçilərə müraciət
  • Şikayət
    • inzibatçı
  • Bloklama tələbləri
  • Mühafizə tələbləri
  • Versiya gizləmə tələbləri
Digər müraciətlər
  • Məqalə namizədləri
    • qiymətləndirmə
  • Tərcümə istəkləri
  • Məqalə istəkləri

Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığı və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.

Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm irsi üstünlük normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və ənənəvi mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.

1688-ci ildə baş vermiş Şanlı inqilabın, 1776-cı ildə baş vermiş Amerika inqilabının və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabının rəhbərləri kral tiraniyasını aradan qaldırmağa haqq qazandırmaq üçün liberal fəlsəfədən istifadə etmişdir. Liberalizm Böyük Fransa inqilabından sonra sürətli şəkildə yayılmağa başlamışdır. XIX əsrdə Avropa və Latın Amerikasında liberal hökumətlərin formalaşmış, Birləşmiş Ştatlardakı respublikaçılıq hərəkatına köklənmişdir. Termin Viktoriya dövrü Böyük Britaniyasında siyasi müəssisələrin tənqidi, xalq adından elmə və səbəbə yönəlmə kimi qəbul edilirdi. XIX əsrin axırları və XX əsrin əvvəllərində Osmanlı imperiyasında, o cümlədən Orta Şərqdə güclənən liberal cərəyan Tənzimat və Əl-Nəhda kimi islahat dövrlərinin baş verməsinə, eləcə də konstitusionalizm, milliyətçilik və sekulyarizmin yüksəlməsinə gətirib çıxarmışdır. Bu dəyişikliklər digər amillər ilə birlikdə İslam daxilində böhran hissi yaratmışdır, hansı ki, bu günə kimi davam edir və İslam dirçəlişçiliyinin yaranmasına səbəb olmuşdur. 1920-ci illərdən əvvəl liberalizmin əsas ideoloji rəqibləri kommunizm, konservatizm və sosializm olmuşdur, ancaq bu siyasi fəlsəfə daha sonra liberalizmin yeni rəqiblərinə çevrilən faşizm, nasizm və markizm-leninizm ilə böyük ideoloji qarşıdurmalar yaşamışdır. Liberal ideyalar XX əsrdə daha güclü bir şəkildə yayılmışdır, xüsusilə də Qərbi Avropada. Bunun səbəbi liberal demokratiyaların Birinci Dünya müharibəsində və İkinci Dünya müharibəsində qalib tərəf olmasıdır.

Avropa və Şimali Amerikada sosial liberalizmin əsasının qoyulmasının sosial rifah dövləti anlayışının genişlənməsində böyük rolu olmuşdur. Liberal partiyalar indiki dövrdə də dünya boyunca əhəmiyyətli qüvvə və təsirə malikdir. Buna baxmayaraq, Afrika və Asiyada liberalizmə qarşı çıxılır. Müasir cəmiyyətin fundamental elementləri liberalizmə əsaslanır. Erkən liberalizm dalğaları iqtisadi fərdiyyətçilik anlayışını populyarlaşdırmış, eyni zamanda konstitusiyalı hökumət və parlament səlahiyyətinin əhəmiyyətini artırmışdır. Liberallar söz azadlığı, birləşmək azadlığı, müstəqil və ictimai məhkəmə və aristokratik üstünlüklərin ləğvi kimi indiki dövrdə böyük əhəmiyyət daşıyan fərdi azadlıqları adi hala salmışdır. Müasir liberalizmin növbəti maarifçilik və mübarizə dalğaları mülki hüquqların böyüdülməsini hədəfləmişdir. Liberallar mülki hüquqların təmin edilməsi dalğası zamanı gender və irqi bərabərliyi müdafiə etmişdir. XX əsrdə baş vermiş lobal mülki hüquq hərəkatları hər iki hədəfdə böyük nailiyyətlər əldə etmişdir.

Davamı...

Yeni bölmələri göstər
 
framless
framless
Seçilmiş məqalə

İnsan hüquqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır.

İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.

İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallığından çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui-istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtisadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.

...Arxiv

Davamı...

 
framless
framless
Seçilmiş şəkil
Boston çay qonaqlığı 16 dekabr 1773-cü ildə, ABŞ-ın Massaçusets ştatında yerləşən Boston şəhərində Böyük Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası. Aralarında hindli qiyafətinə girənlərin də olduğu etirazçılar Ost-Hind şirkətinin göndərdiyi bütün çay yüklərini məhv etmişdir. Onlar gəmilərə hücum etmiş, çayla dolu sandıqları isə Boston limanına atmışdır. Böyük Britaniya hökumətinin buna verdiyi cavab axırda Amerika inqilabı ilə nəticələnmişdir.
Daha çox...
 
framless
framless
Seçilmiş sitat
Lüdviq fon Mizes
" Liberalizmin hədəfi bütün insanların sülh yolu ilə əməkdaşlıq etməsidir. O, millətlər arasında sülhü də hədəfləyir. İstehsal vasitələri hər yerdə özəl mülkiyyət olanda və qanunlar, tribunallar və administrasiya xaricilərə və vətəndaşlara eyni şərtlər əsasında davransa, ölkənin sərhədlərinin harada çəkilməsinin əhəmiyyəti az olacaq. Heç kəs fəthdən hansısa bir mənfəət əldə edə bilməz. O, yalnız savaşaraq itki yaşaya bilər. Müharibə artıq sərfəli deyil. Qəsbkarlıq üçün heç bir səbəb yoxdur. Hər bir ərazinin əhalisi hansı dövlətə tabe olmaq istəməkdə və ya öz dövlətini qurmağı üstün tutmaqda azaddır. Bütün millətlər sülh içində, bir-birləri ilə yanaşı yaşaya bilərlər, çünki heç bir millət dövlətinin həcmi ilə bağlı narahatlılıq yaşamır.

Bu, təbii ki, sülh və demokratiya üçün çox soyuqqanlı və ehtirassız bir əsaslanmadır. Bu, utilitar bir fəlsəfənin nəticəsidir. Bu, kralların ilahi hüququnun mistik mifologiyası olmaqdan uzaq olduğu qədər təbii qanunun metafizikasından və ya insanın təbii və qeyd edilməmiş hüquqlarınından da uzaqdır. Bu, ümumi faydalılıq ilə bağlı mülahizələr əsasında yaradılmışdır. Azadlıq, demokratiya, sülh və özəl mülkiyyət yaxşı hesab edilir, çünki onlar insanların xoşbəxtliyini və təminatını təbliğ etmək üçün ən yaxşı vasitədir. Liberalizm insana qorxudan uzaq bir həyat vermək istəyir. Bu qədər.

Liberallar təxminən XIX əsrin ortalarında öz planlarını gerçəkləştirməyin ərəfəsində olduqlarına əmin idilər. Bu, bir illüziya idi.

"
— Lüdviq fon Mizes, Qüdrətli hökumət. 1944-cü il.
...Arxiv
Daha çox...
 
framless
framless
Bilirsinizmi
  • ... liberalizmin XVII əsrdə başlayan müasir bir siyasi və iqtisadi hərəkat olduğunu?
  • ... «Liberalizm» sözünün ingilis dilində ilk dəfə 1815-ci ildə istifadə edildiyini?
  • ... «Liberal» termininin Şimali Amerikada solçular, Avropa, Asiya, Avstraliya və Afrikada isə sağçılara aid olduğunu?
  • ... Liberalizmin əsas rəqiblərinin konservatizm, faşizm və kommunizm olduğunu?
  • ... Liberalların din ilə dövlətin ayrılmasını dəstəklədiyini?
  • ... Filosof Con Lokkun (şəkildə) "liberalizmin atası" hesab edildiyini?
 
framless
framless
Seçilmiş məzmun
Seçilmiş məqalələr
  • Featured article Əlimərdan bəy Topçubaşov
  • Featured article Riçard Kantilyon
Yaxşı məqalələr
  • Good article Aslan bəy Qardaşov
  • Good article Fəth edilməmiş (pyes, 1940)
  • Good article Rəşid xan Qaplanov
 
framless
framless
Kateqoriyalar
Liberalizm
Qitələrinə görə liberalizm
Ölkələrinə görə liberalizm
Federalizm
Klassik liberalizm
Liberal təşkilatlar
Liberalizm və din
Sosial liberalizm
 
framless
framless
Əlaqəli portallar
Anarxizm Kapitalizm Kommunizm Mühafizəkarlıq Libertarianizm Sosializm
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Liberalizm&oldid=5191225"
LOVE.AZ