. Love.az

Portal Nizami Gencevi - Wikipedia - Love.az

Ana Səhifə - Portal Nizami Gencevi
redaktə  

"Dilçə şerimizdə olsa da kəsir, Mənaca böyükdür ondakı təsir" Nizami Gəncəvi


Nizami Gəncəvi portalına
xoş gəlmisiniz!
redaktə  

Seçilən məqalə

Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) (نظامی گنجوی) — Gəncədə anadan olmuş Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi. Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncə də vəfat etmişdir. Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfə sini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur

Məqaləni oxu...


redaktə  

Şəkil qalereyası

Ganaj-2.JPG
Xəmsə fəvvarəsi, Gəncə


redaktə  

Obrazlar

II Xosrov (klassik mənbələrdə ona aid edilən “Aparvez” ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq “Pərviz” şəklində işlədilməyə başlamışdır.), “Müzəffər” (pəhl. 𐭧𐭥𐭮𐭫𐭥𐭣𐭩 Husrō(y); həmçinin Khusraw Parvēz, خسرو پرویز Khosrow Parviz) - Sasanilər imperiyasının 590-628-ci illərdə hakimiyyətdə olmuş sönuncu böyük şahı. O, IV Hörmüzün (579-590) oğlu, I Xosrovun (531-579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir.

Məqaləni oxu...


redaktə  

Bilirsinizmi...

  • Azərbaycanda elm xadimlərinin mükafatlandırılması üçün nəzərdə tutulmuş xüsusi Nizami Gəncəvi adına Qızıl Medal mövcuddur.
  • Avropada Nizaminin əsərlərinin tərcüməsinə ilk dəfə XIX əsr Avstriya şərqşünas və diplomatı baron Yozef fon Hammer-Purqştal təşəbbüs göstərmişdir.
  • 1941-ci ildə Nizaminin 800 illik yubileyi qeyd olunarkən, mühasirədə olan Stalinqradda yubiley tədbirinin keçirildiyi Ermitajın "məktəbli kabineti"ni Neva çayında dayanan "Qütb ulduzu" gəmisi işıqla təmin edib.
  • İtalyan bəstəkarı Cakomo Puççini məşhur Turandot operasını Nizaminin "Yeddi gözəl" məsnəvisindəki hekayə əsasında yazıb.


redaktə  

Xarici keçidlərdə əsərləri

Nizami Gəncəvi
*“Qılınc və qələm”. Birini hissə.
  • “Qılınc və qələm”. İkinci hissə.
  • “Poeziya dünyasının dahisi”
  • “Nizami 870”
  • “Nizami 870”
  • “NIzami”
  • “Sevgili canan” romansı
  • “Sənsiz” romansı
  • Şah və xidmətçi
Sirlər xəzinəsi
* Sirlər xəzinəsi kitabı
Xosrov və Şirin
* Xosrov və Şirin kitabı
Leyli və Məcnun
*Leyli və Məcnun kitabı
  • Leyli vә Mәcnun
  • Leyli vә Mәcnun
  • Leyli vә Mәcnun
Yeddi gözəl
* Yeddi gözəl kitabı
  • Yeddi Gözəl film-balet
  • Yeddi Gözəl
  • Xeyir və Şər
  • Fitnə
  • “Turandot”
İsgəndərnamə
* İsgəndərnamə kitabı (yeni)
  • İsgəndərnamə kitabı


redaktə  

Təqvim

Nizami

1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi, Sankt-Peterburqda geniş miqyasda qeyd olunmuşdur.



Nizami

2011-ci ildə Nizaminin anadan olmasının 870 illik yubileyi Bakıda geniş miqyasda qeyd olunmuşdur.



  • 1947-ci ildə Nizami Gəncəvinin qəbirüstü məqbərəsinin bərpasına başlanmışdır.
  • 2012-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə” Bakıda yeni formatda nəşr olunmuşdur.
  • 29 iyul 2013 — "Nizami Gəncəvi beynəlxalq mükafatı" İordaniya kraliçasına təqdim edilmişdir.
  • 31 iyul 1197 — Nizami “Yeddi gözəl” poemasını bitirmiş və onu Marağa hakimi Əlaəddin Körpə Arslana ithaf etmişdir.
redaktə  

Əsərlərdən sətirlər


Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.

İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün incitək mə'nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.

Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.

Mə'dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.

Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!

Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.

Göydə parlasa da nə qədər ulduz.

Günəşdir nur verən aləmə yalnız.
“Az danışmağın gözəlliyi”
redaktə  

Kateqoriyalar

Nizami Gəncəvi
Nizami Gəncəvi naviqasiya şablonları
Nizami Gəncəvinin əsərləri
Nizami Gəncəvi haqqında filmlər
Nizami Gəncəvinin heykəlləri
Nizami Gəncəvi haqqında kitablar
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Nizami Gəncəvinin şərəfinə adlandırılmış yerlər
redaktə  

Əlaqəli portallar

Ədəbiyyat Füzuli Şekspir Teatr İncəsənət
Nizami Gəncəvi Vikixəbərdə  Nizami Gəncəvi Vikisitatda  Nizami Gəncəvi Vikikitabda  Nizami Gəncəvi Vikimənbədə  Nizami Gəncəvi Vikilüğətdə  Nizami Gəncəvi Vikiversitetdə  Nizami Gəncəvi Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Nizami_Gəncəvi&oldid=6292695"
LOVE.AZ