. Love.az

Portal Teatr - Wikipedia - Love.az

Ana Səhifə - Portal Teatr
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...

Teatr portalına
Xoş Gəlmişsiniz!


redaktə  

Pyeslər

O olmasın, bu olsun — Üzeyir bəy Hacıbəyovun ikinci musiqili komediyası (1911). Bәstәkarın XIX əsrin sonu XX əsrin әvvәllәri Azәrbaycan hәyatının, mәişәtinin qüsurlarını kәskin ifadә edәn 4 pәrdәli (әvvәlcә 3 pәrdәli idi) әsәridir. Burada müflislәşәn vә mәnәviyyatca düşgünlәşәn zadәganların xәsisliyi, pulun gücunә fanatik inamı ilә seçilәn varlı tacir zumrәsi ilә ittifaqa girmәk cәhdi inandırıcı tәsvir olunmuşdur. İnsanın mәnәvi azadlığı vә lәyaqәti uğrunda mubarizә aparan, pulun hökmranlığı vә sosial-mәişәt qayda-qanunları ilә barışmayan yeni nәslin numayәndәlәri "әski" cәmiyyәtә qarşı qoyulmuşdur. Әsәrdә musiqi mühüm dramaturji rol oynayıb, hadisәlәrin gedişatına fәal yardım göstәrir, qәhrәmanların xarakteristikasını dәrinlәşdirir. Buradakı mәnfi qәhrәmanlar arasında puluna görә "yuxarı" tәbәqәlәrin hörmәt bәslәdiyi tacir Mәşәdi İbad әsas obrazdır.

Məqaləni oxu...'


redaktə  

Rejisorlar

Ağakişi Kazımov — Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti, professor. 28 iyun 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil almışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak etmişdir.

Məqaləni oxu...


redaktə  

Aktyorlar

Leyla Bədirbəyli — Azərbaycanın görkəmli teatr xadimi; Azərbaycan SSR xalq artisti (1959). SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.

Məqaləni oxu...


redaktə  

Teatrlar

Opera Qarnye və ya Qarnye Sarayı (fr. Opéra Garnier ; Palais Garnier) — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir. Bina uzun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Opera Bastiliya)inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Milli Paris Operası (fr. Opéra national de Paris) adı altında ictimai-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.

Məqaləni oxu...
Le grand foyer-2.jpg
Salle Opera Garnier.jpg
Opera Garnier Grand Escalier.jpg
Opera Qarnyenin interyeri


redaktə  

Təqvim

İyul
  • 9 iyul — 1926 ci il, Nəcəf bəy Vəzirovun ölüm günün
  • 10 iyul — 1895 ci il, Karl Orfun doğum günün
  • 11 iyul — 1898 ci il, Corc Gerşvinin ölüm günün
  • 13 iyul — 1924 cü il, tenor Karlo Berqonsinin doğum günün
  • 15 iyul — 1925 ci il, tenor Rauf Atakişiyevin doğum günü
  • 17 iyul — 1852 ci il, lebrettou Salvador Kammaranonun ölüm günün
  • 15 iyul — 1925 ci il, Rauf Atakişiyevin doğum günü
  • 27 iyul — 1915 ci il, Mario del Monakonun doğum günü
  • 28 iyul — 1937 ci il, Müslüm Maqomayevin ölüm günü


redaktə  

Dramaturqlar

Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894–1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Məqaləni oxu...


redaktə  

Şəkil qalereyası


Die Fledermaus 1.jpg
Yarasa, İohann Ştraus Pittsburq Opera Teatrı, 200


redaktə  

Kateqoriyalar

Teatr
Əsrlərə görə teatr
İllərinə görə teatr
Onilliklərə görə teatr
Teatrlar
Şəxslər:Teatr
Ölkələrinə görə teatr
Aktyor sənəti
Dövrlərinə görə teatr
Dramaturgiya
Dramlar
Kastinq
Komediyaçılar
Kukla teatrı
Teatr qaralamaları
Qitələrə görə teatr
Milad tamaşaları
Teatr muzeyləri
Teatr mükafatları
Pantomim
Radiotamaşalar
Teatr saytları
Tamaşalar
Teatr aktyorları
Teatr haqqında filmlər
Teatr janrları
Teatr rəssamları
Teatr tarixi
Teatr terminləri
Teatr təhsili


redaktə  

Əlaqəli portallar

Musiqi Klassik musiqi Opera Balet


Teatr Vikixəbərdə  Teatr Vikisitatda  Teatr Vikikitabda  Teatr Vikimənbədə  Teatr Vikilüğətdə  Teatr Vikiversitetdə  Teatr Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Teatr&oldid=6065434"
LOVE.AZ