. Love.az

Portal Videooyunlar - Wikipedia - Love.az

Ana Səhifə - Portal Videooyunlar
 
XOŞ GƏLMİSİNİZ!
Legend of GrimrockStratagusSolitaireS. T. A. L. K. E. R.- Call of Pripyat

Videooyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.

Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir

Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.

2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiya və smartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.

Davamı…

Yeni bölmələri göstər
 
Seçilmiş məqalə

Fallout: New Vegas (azərb. Radioaktiv yağıntı: Nyu-Veqas‎) və ya sadəcə New Vegas — "Obsidian Entertainment" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan postapokaliptik döyüş rol video oyunu. "Fallout" oyun seriyasındakı 3-cü spin-off epizoddur (bütövlükdə 6). Oyun 19 oktyabr 2010-cu il tarixində Şimali Amerikada, 21 oktyabr 2010-cu il tarixində Avstraliyada, 22 oktyabr 2010-cu il tarixində Avropada, 4 noyabr 2010-cu il tarixində isə Asiyada Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmış, həmçinin 23 iyun 2016-cı il tarixində Xbox One üçün geriyə uyğunluq funksiyasının bir parçası olaraq buraxılmışdır.

Oyunçu "kuryer" (ing. Courier) adlı bir personajı idarə edir. Kuryer Moxave səhrasından irəliləyərək Nyu-Veqas şəhərinə (indiki Las-Veqas) paket apararkən ona tələ qurulur. Paket oğurlanır və o, güllələnir. Bu insidentdən sağ çıxan kuryer onu öldürməyə cəhd edəni axtarmaq və paketi əldə etmək üçün macəraya çıxır, bir-birləri ilə vuruşan fraksiyalarda özünə dost və düşmən qazanır, özünü Nyu-Veqas şəhəri və Moxave səhrasına kimin nəzarət edəcəyini müəyyənləşdirən bir münaqişənin ortasında tapır.

"New Vegas" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Müsbət fikirli tənqidçilər oyunun ssenari, tapşırıq və təkmilləşdirilmiş geympleyini tərifləmiş, mənfi fikirli tənqidçilər isə oyunu buraxılış zamanı mövcud olan texniki problemlərə görə pisləmişdir. Oyun iqtisadi və tənqidi baxımdan böyük bir müvəffəqiyyət idi.

...Arxiv

Davamı...

 
Seçilmiş şəkil
"Ballistics Arcade" video oyununun 2002-ci ildə keçirilən "IAAPA Konvensiyası"nda nümayiş edilməsi.
Daha çox...
 
Seçilmiş personaj
{{{caption}}}

Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu?, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" video oyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu?, ing. Ogilvie Maurice the Hedgehog).

Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku?, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda pouer-ap halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.

...Arxiv

Davamı...

 
Bilirsinizmi...
  • ... "Just Cause" seriyasının müəllifi "Avalanche Studios" studiyasının az qala "LucasArts" ilə birlikdə açıq dünya bir "Ulduz müharibələri" kainatında cərəyan edəcək və açıq dünya olacaq bir video oyun istehsal edəcəyini?
  • ... "Prince of Persia" (2008) (şəkildə) video oyununun bəstəkarı İnon Zur klassik orkestr musiqisi ilə ərəb fleytalarını və düdükləri birləşdirdiyini?
  • ... "CD Projekt" şirkətinin qurucularından birinin vaxtilə Varşavada quldur yol ilə alınmış video oyun nüsxələri satdığını?
  • ... "Rare" şirkəti qurulmasının otuzuncu ildönümünü içərisində istehsal etdiyi otuz video oyun olan "Rare Replay" buraxılışını satışa çıxarmasıyla qeyd etdiyini?
 
Seçilmiş məzmun
Seçilmiş məqalələr
  • Featured article Call of Duty: Mobile
  • Featured article Clash of Clans
  • Featured article PUBG: Battlegrounds
  • Featured article Marvel's Spider-Man
  • Featured article Fallout: New Vegas
Yaxşı məqalələr
  • Good article Assassin's Creed Origins
  • Good article Edge
  • Good article Call of Duty 2
  • Good article Doqmit (Fallout)
  • Good article Bouzett
  • Good article Fallout 4
  • Good article Fallout 76
  • Good article Fallout Shelter
  • Good article God of War (2005)
  • Good article X-Men vs. Street Fighter
  • Good article Marvel Super Heroes vs. Street Fighter
  • Good article Marvel vs. Capcom: Clash of Super Heroes
  • Good article Pikaçu
  • Good article Pirates of the Caribbean: Armada of the Damned
  • Good article Polygon (veb-sayt)
  • Good article Prince of Persia: The Sands of Time
  • Good article Prince of Persia: Warrior Within
  • Good article Prince of Persia 2: The Shadow and The Flame
 
Kateqoriyalar
Videooyunlar
Əsrlərə görə videooyunlar
Hadisələrin cərəyan etdiyi əsrlərə görə videooyunlar
Hadisələrin cərəyan etdiyi yerlərə görə videooyunlar
Heyətinə görə videooyunlar
İllərinə görə videooyunlar
İstehsal statuslarına görə videooyunlar
Janrlarına görə videooyunlar
Mənbələrinə görə videooyunlar
Mövzularına görə videooyunlar
Mühərriklərinə görə videooyunlar
Ölkələrinə görə videooyunlar
Şirkətlərə görə videooyunlar
Platformalarına görə videooyunlar
Şablonlar:Videooyunlar
Narrativ formasına görə videooyunlar
Portal:Videooyunlar
Oyun avtomatları
Əlifba sırasına görə videooyunlar
Videooyunlara əsaslanan əsərlər
Videooyunların hazırlanması
Videooyun jurnalları
Videooyun konsolları
Kooperativ videooyunlar
Videooyun qaralamaları
Qrafik stilinə görə videooyunlar
Videooyun qurğuları
Videooyun mədəniyyəti
Videooyun musiqisi
Videooyun mühərrikləri
Videooyun növləri
Videooyun personajları
Videooyun franşizaları
Videooyun sənayesi
Videooyun siyahıları
Videooyun şirkətləri
Vizual romanlar
 
Vikilayihələr
Video oyunlar VikiLayihəsi (mükafat)
 
Xarici keçidlər
  • IGN
  • Polygon
  • Kotaku
  • GameSpot
  • Engadget
  • MyVideoGameList
 
Əlaqəli portallar
PlayStation Xbox Nintendo Pokemon Sonik Mario
 
Vikimedia
Vikisitatda video oyunlar     Vikikitabda video oyunlar     Vikimənbədə video oyunlar     Vikilüğətdə video oyunlar     Vikianbarda video oyunlar
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Serverin keşini təmizlə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Portal:Videooyunlar&oldid=7573588"
LOVE.AZ