Qışlaq hamamı — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, hamam.
Qışlaq hamam | |
---|---|
| |
![]() | |
41°11′14″ şm. e. 47°10′16″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Şəki |
Yerləşir | M.Ə.Rəsulzadə küçəsi, 65 |
Tikilmə tarixi | XIX əsr |
![]() |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
XIX əsrdə Şəkinin Qışlaq məhəlləsində hamam olmadığı üçün insanlar yuyunmaq üçün şəhərin yuxarı məhəllələrinə getməyə məcbur idilər. Bu çətinliyi aradan qaldırmaq üçün məhəllə sakini Hacı Qəni Əbdürrəhim oğlu məhəllədə hamam tikdirib. Tikinti üçün vəsaiti isə öz qayınatası "Pullu Zəkər" ləqəbli Zəkəriyyədən alıb. Qəni Əbdürrəhim oğlu hamamın tikintisində özü də iştirak edib. Hamam tikilib qurtardıqdan sonra ilk iki ay ora yuyunmağa gələn insanlara hamam ləvazimatları pulsuz verilib.[1]
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2][3]