. Love.az

Qislaq Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Qislaq Mescidi

Qışlaq məscidi — Şəki şəhərində yerləşən tarix memarlıq abidəsi, məscid.

Qışlaq məscidi
Xəritə
41°10′28″ şm. e. 47°10′25″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir D.Bünyadzadə küçəsi
Tikilmə tarixi XIX əsr
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4977
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qışlaq məscidi (Azərbaycan)
Nöqtə
Qışlaq məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

  • 1 Haqqında
  • 2 Şəkilləri
  • 3 Mənbə
    • 3.1 İstinadlar
    • 3.2 Ədəbiyyat

Haqqında

redaktə

Qışlaq məscidi XIX əsrdə Şəki şəhərinin Qışlaq məhəlləsində tikilib. Məscidin tikintisində çaylaq daşı və kərpicdən istifadə olunub. Üç nefli məscidin yan və əsas giriş fasadları hamar çaylaq daşından hörülüb.[1] Məscidin eyvanı 12 tağlıdır.[1]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[2] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[3] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[3][4] Bu dövrdə Qışlaq məscidi də ibadətə bağlanıb.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5]

Hazırda məscidin binası istifadəsiz qalıb.[1]

Şəkilləri

redaktə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Məmmədova, Hacıyeva, 2014. səh. 91
  2. ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  3. ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  4. ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  5. ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". e-qanun.az (az.). 2001-08-02. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-06-19.

Ədəbiyyat

redaktə
  • Məmmədova, Gülçöhrə; Hacıyeva, Səbinə. Azərbaycanın şimal-qərb regionunun memarlıq abidələri (az.). Bakı: Şərq-Qərb nəşriyyatı. 2014. səh. 272.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qışlaq_məscidi&oldid=8235170"
LOVE.AZ