Qarnıyarıq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.[1][2]
Kənd | |
Qarnıyarıq | |
---|---|
40°32′02″ şm. e. 44°46′09″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Dərəçiçək mahalı |
Rayon | Axta rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Xəritəni göstər/gizlə
|
Razdan şəhərinin şimal-qərbində yerləşirdi. "İrəvan əyalətini icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kəndin digər adı Karvansara olmuşdur[5][6]. Köhnə Karvansaranın divarları indi də durur. Razdan şəhərinin genişləndirilməsi nəticəsində kənd şəhərə birləşdirilərək 1960-cı ildə ləğv edilmişdir.
Toponim Azərbaycan dilində "kiçik arx, su yolu" mənasında işlənən qarnı (< qarnım) sözü ilə [7] türk dilində "yer səthində olan çay", "yarılmış yer", "dərə" mənasında işlənən yarıq sözünün[8] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 1728-ci ilə aid mənbədə "el məşhur Karniyaruq" kimidir[9] Digər adı Karvansara olmuşdur. Qarnıyarıq dağının adındandır.[10] Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Atarbekyan qoyulmuşdur.
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə buraya İran və Türkiyədən ermənilər köçürülüb yerləşdirilmişdir[11]. XIX əsrin ortalarında Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi[12] [136]. Ermənilərlə yanaşı 1897-ci ildə kənddə 50 nəfər azərbaycanlı yaşamışdır[13]. XX əsrin əvəllərində, 1905–1906-cı ildə baş verən erməni azərbaycanlı müharibəsi nəticəsində azərbaycanlılar qırğınlarla tarixi torpaqlarından qovulmuşdur.