Quzanlı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda bələdiyyə.
Bələdiyyə | |
Quzanlı bələdiyyəsi | |
---|---|
Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı bələdiyyəsi | |
![]() | |
Ölkə | |
Daxildir | Ağdam rayonu |
İnzibati mərkəz | Quzanlı |
Bələdiyyə sədri | Məhərrəmov Rauf Əlöysət oğlu |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1999 |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Statistik kodu | 60913007 |
Bələdiyyə ödənişləri üçün vergi kodu | 3209 |
VÖEN | 3200013311 |
Telefon kodu | +994 26 |
Avtomobil nömrəsi | 02 |
[email protected] |
07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədən biri "Ağdam rayonunun Quzanlı bələdiyyəsi" olub, onun 14.02.2000-ci ildə ilk Nizamnaməsi, 21.08.2017-ci ildə isə yeni Nizamnaməsi[1] qəbul edilmişdir.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla[2] təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası" yaradılıb, Quzanlı bələdiyyəsi həmin Şuranın üzvülüyünə qəbul edilib və Quzanlı bələdiyyəsinin sədri eyni zamanda həmin Əlaqələndirmə Şurasının sədri seçilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[3] uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
09.10.2007-ci il tarixli 426-IIIQD nömrəli Qanunla[4] "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nda "Ağdam rayonu" bölməsinin 9-cu sırasında "Quzanlı, Çullu, Eyvazlı" sözləri "Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu" sözləri ilə əvəz" edilib.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun[5] 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində:… 4) 9-cu sırada "Quzanlı bələdiyyəsi" sözlərinin qarşısındakı "Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu və İmamqulubəyli kəndləri" sözləri "Quzanlı, Birinci Quzanlı, İmamqulubəyli qəsəbələri və Çullu, Eyvazlı, İmamqulubəyli kəndləri" sözləri ilə;" əvəz edilib.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[6] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[7], habelə 2020-ci ilə qədər Bərdə Regional Əldliyyə İdarəsi həyata keçirib, 2020-ci ildən sonra isə Qarabağ Regional Ədliyyə İdarəsi[8] vasitəsilə həyata keçirir.
07.04.2025-ci il tarixındə Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurasının 1 nömrəli iclas Protokolunda təsbit edilmiş Qərara əsasən Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin sədri Şuranın sədri seçilib, Şura öz fəaliyyətini Xındırıstan kəndində davam edir.
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[9] əsasən Ağdam rayonunun Quzanlı bələdiyyəsinin mərkəzi Ağdamın Quzanlı qəsəbəsidir.
Ağdam rayonunun Quzanlı bələdiyyənin ofisi Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsi, Heydər Əliyev Mərkəzinin yanında yerləşir[10].
Bələdiyyənin tam adı[5] | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu[11] | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu[11] |
---|---|---|---|---|
Ağdam rayonunun Quzanlı bələdiyyəsi[1] | Quzanlı qəsəbə iəd | 60913005 | Quzanlı qəsəbəsi | 60913016 |
Eyvazlı kəndi | 60913028 | |||
Birinci Quzanlı iəd | 60943005 | Birinci Quzanlı qəsəbəsi | 60943016 | |
İmamqulubəyli qəsəbə iəd | 60947005 | İmamqulubəyli qəsəbəsi | 60947016 | |
İmamqulubəyli kənd iəd | 60931005 | İmamqulubəyli kəndi | 60931018 | |
Çullu kəndi | 60931028 |
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna[6] əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi[7] və Qarabağ Regional Ədliyyə İdarəsi[8] vasitəsilə həyata keçirir.
"Bələdiyyə qulluğu haqqında" Qanuna[12] uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[13].