Rumıniya Milli Həmkarlar İttifaqları Bloku (rum. Blocul Național Sindical və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir.
Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir.[2]
Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var.[3]
Təşkilata Dumitru Kostin rəhbərlik edir.[4]
Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir.