. Love.az

Sedr Sulalesi - Wikipedia - Love.az

Ana Səhifə - Sedr Sulalesi

Sədrlər və ya əl-Sədr (ərəb.  الصدر‎) — Livan dakı Cəbəl Amil mənşəli Livan-İraq-İran ruhani şiə sülaləsi. Onlar Musəvi ailəsinin yeddinci şiə imamı Musa ibn Cəfərə qədər uzanan bir qoludur.

Sədrlər və ya əl-Sədr
الصدر
Şiə ruhani ailəsi
Titul Seyid
Əcdadı Şərafəddin
Qohum soylar Musəvilər, Şəhristani, Nəsrullah
Mənşəyi Cəbəl Amil

Mündəricat

  • 1 Tarix
  • 2 Tanınmışların siyahısı
  • 3 Əcdadları
  • 4 İstinadlar
  • 5 Xarici link

Tarix

redaktə

Sədrlər Livandakı Cəbəl Amildən olan Şərafəddin (ərəb.  شرف الدين‎) ailəsinin qoludur. Şərafəddin ailəsinin özü də Nurəddinlər ailəsinin bir qoludur, nəslini Musa əl-Kazımdan (yeddinci şiə imamı) və onun vasitəsilə birinci İmam Əli ibn Əbu Talibə və Məhəmmədin (vəf.632) qızı Fatimeyi Zəhraya qədər uzanır. Sədrlər (Əs-Sədr) ailəsi İran, Livan və İraqda çoxlu İslam alimləri yetişdirmişdir, o cümlədən İsmayıl Sədr (vəf.1919-cu il) və onun nəvələri Musa Sədr (1978-ci ildə Liviyada itkin düşmüşdür) və Məhəmməd Baqir Sədrdir (vəf.1980-ci il).

Tanınmışların siyahısı

redaktə
  • Seyid Məhəmməd əs-Sədr, 1948-ci ildə İraqın baş naziri
  • Sədrəddin ibn Saleh, 19-cu əsr İslam alimi
  • İsmayıl Sədr, (1919-cu ildə vəfat edib), Sədrəddin ibn Salehin oğlu
  • Məhəmməd əl-Sədr (1943-1999)
  • Müqtəda əs-Sədr, (1973-cü il təvəllüdlü), Məhəmməd Sadiq Sədrin oğlu, İraqda böyük milislərə rəhbərlik edir
  • Sədrəddin Sədr (1954-cü ildə vəfat edib) İsmayıl Sədrin oğlu
  • İmam Musa Sədr, (1928-1978?), Sədrəddin Sədrin oğlu, Livan dini lideri
  • Heydər Sədr, (1891-1937), İsmayıl Sədrin oğlu
  • Məhəmməd Baqir əs-Sədr, (1935–1980), Heydər Sədrin oğlu və böyük İslam mütəfəkkiri; "Üçüncü şəhid" və ya "I Sədr" kimi də tanınır.
  • Əminə Sədr bint əl-Huda, Heydər əs-Sədrin qızı

Əcdadları

redaktə

Sədr ailəsinin əcdadı Seyid Saleh Musəvi Amili 27 nəsil boyu yeddinci şiə imamı Musa Əl-Kazimin nəslindən olub:

  1. Seyid Saleh
  2. Məhəmməd
  3. İbrahim
  4. Zeynülabidin
  5. Əli Nurəddin
  6. Nurəddin Əli
  7. İzəddin Hüseyn
  8. Məhəmməd
  9. Hüseyn
  10. Əli
  11. Məhəmməd
  12. Tacəddin
  13. Məhəmməd
  14. Cəlaləddin
  15. Əhməd
  16. Həmzə
  17. Səədullah
  18. Həmzə
  19. Əbil Səadət
  20. Əbu Məhəmməd
  21. Mohammad
  22. Əbəl Həsən Əli
  23. Əbu Tahir
  24. Məhəmməd
  25. Tahir
  26. Hüseyn əl Qəti
  27. Musa əl Sani
  28. İbrahim əl Murtəza
  29. İmam Musa əl-Kazim
  30. İmam Cəfər əs-Sadiq
  31. İmam Məhəmməd əl-Baqir
  32. İmam Zeynülabidin
  33. İmam Hüseyn ibn Əli
  34. İmam Əli ibn Əbu Talib
  35. Məhəmməd peyğəmbər

Mənbə:[1]

İstinadlar

redaktə
  1. ↑ "Revayat Sadr". 2011-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-12.

Xarici link

redaktə
  • Sədr nəslinin şəcərə ağacı revayatesadr.ir
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sədr_sülaləsi&oldid=7727131"
LOVE.AZ