Səkkiz üzlü minarə — 1880-ci illərdə tikilmiş tarix-memarlıq abidəsi, minarə. Azərbaycanın Şəki şəhərində yerləşir.
Səkkiz üzlü minarə | |
---|---|
![]() | |
![]() | |
41°12′16″ şm. e. 47°12′17″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Şəki |
Yerləşir | Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 62 |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | 1880-ci illər |
Vəziyyəti | stabil |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4982 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
![]() |
Sovet işğalından sonra məscidin binası dağıdılıb. Minarəsinə isə toxunulmayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə minarə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Səkkiz üzlü minarə Şəki şəhərinin Yuxarı Baş məhəlləsində, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşir.[1] Ehtimallara görə bu minarə vaxtilə ərazidə yerləşən Cümə məscidinə aid olub.[2] Minarənin üstündəki qeyddə onun 1880-ci illərdə inşa olunduğu göstərilib.[2] Minarəyə bitişik başdaşında burada alim Mustafa Əfəndinin dəfn olunduğu qeyd olunub.[3][4][5] Minarənin özü qırmızı kərpicdən, sökülmüş məcid binasının özülü isə çay daşındandır.[1] Minarənin kərpic kənarları basılma romblarla naxışlanıb.[6]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[7] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[8] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[8][9] Bu dövrdə ərazidə olan məscid dağıdılsa də Səkkiz üzlü minarə məscidin binasından ayrı tikildiyi üçün salamat qalıb.[1] Hazırda məscid binasının ancaq özülü qalıb.[2][3]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Səkkiz üzlü minarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[10]