. Love.az

Semeni - Wikipedia - Love.az

Ana Səhifə - Semeni

Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur.

Mündəricat

  • 1 Tərif və məna
  • 2 Hazırlanması
  • 3 Etimologiya
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Mənbə
  • 7 Xarici keçidlər

Tərif və məna

redaktə

Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır. Son dövrlərdə satış üçün də səməni hazırlanır və hər bir evdə səməni olmasına yaxşı imkan yaradır.[1]

Hazırlanması

redaktə
  • Buğdanı təmizləyib suya qoyub 2-3 gün saxlayırıq.
    Buğda şişəcək.
    Buğdanı sudan çıxarıb dəsmalın üstünə səririk suyu çəkilir.
    Suyu çəkildikdən sonra buğdanı qaba tökürük.
    Tənzifi suya salıb isladıb buğdanın üstünə səririk.
    Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzifi götürürük.
    Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Quruluğuna baxıb 2 gündə bir su vermək olar.[2]

Etimologiya

redaktə

Səməni fars sözü olub "toxum" deməkdir. Toxum sözü digər hind- avropa dillərində də eyni mənanı verir: Farsca "Sem/Som" kökündən törəmişdir. Doluluk, saflıq bildirir. Sümen/Suma sözcüyü qədim altayca və monqolcada "şaman" mənası daşıyır. Halha ləhcəsində sum, buryatçada hum, dagur dilində sum sözləri işlədilir. Mongur dilində isə söz semen şəklindədir. Monqolcada "sem" gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənalar da ehtiva edir. Bu məna tunquzcada "sama" sözü ilə qarşılanır. Monqolca "sem", tunquzca "sümen" kökü "gizlətmək" mənasını da verir.

Həmçinin bax

redaktə
  • Səməni (rəqs)
  • səməni hazırlamanın qaydası Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ "Səməni, saxla məni!". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-16.
  2. ↑ Səməninin hazırlanma qaydası[ölü keçid]

Mənbə

redaktə
  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) tərcümədə ing. — "{{{1}}}"
  • Türk Mitoloji Sözlüğü, Pınar Karaca tərcümədə ing. — "{{{1}}}"

Xarici keçidlər

redaktə
  Vikianbarda Səməni ilə əlaqəli mediafayllar var.
  • Səməni necə hazırlanır Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səməni&oldid=7529636"
LOVE.AZ